Sumqayıtda “Milli-mənəvi dəyərlərimiz bizi birləşdirir” mövzusunda tədbir keçirilib

Press-relizlər / 11.01.2018 / 15:43

Yanvarın 11-də Sumqayıt şəhəri 14 saylı tam orta  məktəbdə “Milli-mənəvi dəyərlərimiz bizi birləşdirir” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin direktoru  Elmira Yaqubova, Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, müəllimlər və  şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elmira Yaqubova bildirib ki, xalqımızın mənəviyyatını zənginləşdirən, birliyimizi təmin edən dəyərləri qoruyub saxlamaq üzərimizə düşən ən başlıca vəzifələrdəndir. Günümüzdə tarixən qoruyub saxladığımız milli və dini dəyərlərimizə qarşı ayrı-ayrı qüvvələr tərəfindən olan təhdid təşəbbüsləri bu vacib məsələni diqqətdə saxlamaq zərurəti yaradır. Bu səbəbdən şagrdlər arasında mütəmadi olaraq vətənpərvərlik, dövlətə sədaqət mövzularında söhbətlər aparılır.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Y.Abdullayev bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılması yüksək səviyyədə həyata keçirilir. Bütün dinlərə hörmətlə yanaşılır və dinlər arasında heç bir qarşıdurma yoxdur. Lakin bəzən mədəniyyətimizə və əxlaqi dəyərlərimizə kənardan müdaxilələr olduğu müşahidə edilir. Din amilindən istifadə edərək xalqımızın tarixən formalaşan vətənpərvərlik, dini və milli dəyərlərinə bağlılıq hissini sarsıtmaq istəyənlərin əməllərinin qarşısı dövlətimiz tərəfindən layiqincə alınır.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub. 

Son baxılan xəbərlər

Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
04.11.2016 / 15:43
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2017-ci ilin yekunlarına həsr olunan “Hesabat” çap edib

Kitablar
29.05.2018 / 15:03
Ətraflı oxu

AXC-nin 100 illiyi Qaradağda qeyd edilib

Press-relizlər
29.05.2018 / 10:10
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidməti: Bundestaqın qətnaməsi qərəzlidir

Bəyanat
14.06.2015 / 16:00
Ətraflı oxu

“Gənclərin dini radikalizmdən qorunması: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
17.04.2019 / 15:43
Ətraflı oxu

“Müasir cəmiyyət və din” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2019 / 09:14
Ətraflı oxu