Füzulidə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 11.01.2018 / 09:52

Yanvarın 10-da Füzuli Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Füzuli rayonu 5-ci Zobcuq qəsəbə tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev “Şəhadət” sənədli filmi haqqında danışaraq bildirib ki, filmdə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgərlərimizdən, onların bütün xalqımız və dövlət tərəfindən ehtiramla yad edildiyindən, eləcə də cihad adı altında xarici dövlətlərdə fəaliyyət göstərən qanunsuz hərbi silahlı birləşmələrin tərkibində vuruşan insanlardan bəhs olunur. O qeyd edib ki, gənc nəslin düzgün istiqamətdə, Vətənə layiqli övlad kimi tərbiyə olunmasında “Şəhadət” kimi sənədli filmlərin çox böyük əhəmiyyəti var.
Sonda sənədli film təqdim olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

“Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.02.2017 / 17:53
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib

Xəbərlər
15.02.2019 / 09:32
Ətraflı oxu

Bakıda “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib

Press-relizlər
15.11.2018 / 17:36
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatı

Press-relizlər
10.04.2017 / 11:43
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Press-relizlər
14.06.2018 / 17:27
Ətraflı oxu

Göygöl şəhərində növbəti dini maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
20.12.2017 / 16:17
Ətraflı oxu