Saray məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 10.01.2018 / 16:31

Yanvarın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Saray qəsəbəsi H.Axundov adına 3 nömrəli tam orta məktəbdə “Şəhadət” sənədli filminin nümayişi keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, Şahlar Məmmədov məktəbin direktoru Təyyubə Hüseynova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru T.Hüseynova bildirib ki, təhsil müəssisələrində belə maarifləndirici tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Gənc nəslin vətənpərvər ruhda, dövlətə və dövlətçiliyə yararlı fərdlər kimi tərbiyə edilməsi sahəsində Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu yolun bu gün də davam etdirildiyini vurğulayan direktor bu işdə əməyi keçən hər kəsə öz dərin minnətdarlığını bildirib. 
Daha sonra çıxış edən DQDİK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Axundov Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri barədə şagirdləri məlumatlandırıb. O qeyd edib ki, Ümummilli Lider H.Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra dövlətin bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Xüsusilə DQİDK-nın yaradılmasıyla dövlət-din münasibətlərində yeni dövrə qədəm qoyulub və hüquqi-texniki baza formalaşıb. Bildirib ki, Dövlət Komitəsinin maarifləndirmə siyasətinin məntiqi davamı kimi ərsəyə gətirilmiş “Şəhadət” sənədli filmi həm dini radikalizmin mənfi nəticələrinin göstərilməsi baxımından, həm də 2016-cı il aprel şəhidlərimizin qəhramanlığını təcəssüm etdirdiyi üçün gənclər üçün tərbiyəvi əhəmiyyətə malikdir.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb. 
 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: “Evlərdə Quran kursu yaratmaq olmaz”

Açıqlama
24.05.2017 / 16:56
Ətraflı oxu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (SOCAR) Qaz Emalı Zavodunun rəhbər heyəti və əməkdaşları ilə ...

Xəbərlər
05.10.2018 / 15:01
Ətraflı oxu

Cəlilabadda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda ikigünlük regional konfrans keçirilir

Press-relizlər
29.10.2019 / 17:14
Ətraflı oxu

“Religious Tourism Destinations in Azerbaijan” adlı kitab işıq üzü görüb

Kitablar
20.11.2019 / 11:40
Ətraflı oxu

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusu müzakirə olunub

Press-relizlər
25.01.2018 / 15:59
Ətraflı oxu

Prezident İlham Əliyev: "Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir"

İSLAM HƏMRƏYLİYİ İLİ
21.12.2017 / 18:00
Ətraflı oxu