Dövlət və dini icmalar arasında qarşılıqlı əlaqələr inkişaf etdirilir

Press-relizlər / 10.01.2018 / 16:39

Yanvarın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Biləsuvar rayonu İsmətli kənd “Əbülfəzl” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi-sülhə aparan yol” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, əməkdaşı Taleh Nuruyev, dini icmanın sədri Hadi İsgəndərov və dini icmanın üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Hadi İsgəndərov bildirib ki, Azərbaycanda dövlət və dini icmalar arasında münasibətlər yüksək səviyyədə qurulub, eyni zamanda, qarşılıqlı əlaqələr qanun çərçivəsində inkişaf etdirilir.
Ardınca çıxış edən  DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov   tolerantlıq və dini dözümlülüyün Azərbaycan cəmiyyətinin tərkib hissəsi olduğunu deyib. O, müxtəlif xalqların, etnik qrupların arasında olan mehribanlıq,qarşılıqlı hörmət və bərabərliyin bu gün də davam etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin ölkəmizdə mövcud olan bu mühitin digər ölkələr üçün nümunə olduğunu qeyd edib.Natiq eləcə də, vurğulayıb ki, belə maarifləndirici tədbirlər gənclərimizin vətənpərvərlik ruhuna müsbət mənada ciddi təsir edir.
A.Sadıqov qeyd edib ki, biz bu gün milli-mənəvi dəyərlərimizin təbliğ və təşviqindən danışanda milli-mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərimizə və müasirliyə diqqət yetirməliyik. Buna görə milli-mənəvi dəyərlərimizin qorunması dedikdə, eyni zamanda, İslamın əsl mahiyyətini, əsl dəyərini olduğu kimi gənc nəslə çatdırmağı zəruri hesab edirik.
Çıxış edən digər natiqlər Prezident İlham Əliyevin ölkəmizdə multukultural dəyərlər, həmrəylik, dinlər və mədəniyyətlərarası dialoqla bağlı dövlət siyasətini dəstəklədiklərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
    

Son baxılan xəbərlər

Azərbaycanda dövlət-din modeli xalqımızın milli maraqlarına yönəlib

Press-relizlər
20.02.2018 / 17:32
Ətraflı oxu

Bakının Nizami rayonunda "Dini ekstremizm və radikal dini təriqətlərə qarşı mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər
13.02.2019 / 17:24
Ətraflı oxu

Astarada Ramazan ayının başlanması ilə bağlı tədbir keçirilib

Press-relizlər
02.05.2019 / 12:41
Ətraflı oxu

Cənab İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir

Xəbərlər
21.04.2018 / 11:51
Ətraflı oxu

"Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda konfrans keçirilib

Press-relizlər
28.11.2014 / 17:53
Ətraflı oxu

Erməni qriqoryan kilsəsi və yaxud dini-etnik ekstremizm yuvasının fitnəkarlığı

Press-relizlər
17.11.2020 / 12:12
Ətraflı oxu