Saray qəsəbəsində “Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 15.12.2017 / 16:15

Dekabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Abşeron rayonu Saray qəsəbə “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-in Sumqayıt bölgəsi üzrə şöbənin əməkdaşları İsmayıl Cəfərov, Şahlar Məmmədov, dini icmanın sədri Bəkir Cəfərov, məscidin axundu Etibar Ağayev, icma üzvləri, gənclər və qəsəbə sakinləri  iştirak ediblər.
Dini icmanın sədri Bəkir Cəfərov mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşərək  layihə çərçivəsində beşinci tədbiri təşkil etdiklərini söyləyib. Tədbirin çox mühüm mövzuya həsr olunduğunu deyən natiq qeyd edib ki, həmrəyliyin təmin olunmasında toleranlıq hər zaman önəmli rol oynayıb. İcma sədri bu cür ənənələrə malik olan xalqımızın hər zaman müxtəlif  inanclara  hörmətlə yanaşıldığını nəzərə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov dinlərin tolerantlıq, əməkdaşlıq potensialından istifadə olunması üçün dini maarifləndirmənin mütəmadi aparılmasının zəruriliyini diqqətə çatdırıb. Çünki təməl dini bilgilərə malik olmayan şəxslərin məkrli qüvvələr tərəfindən qarşıdurmalara cəlb edilməsi halları daha çox müşahidə edilir. Natiq xalqımızın tarixən formalaşmış tolerantlıq dəyərlərinin dünya miqyasında öyrənilməsinə, yayılmasına, təşviq edilməsinə böyük ehtiyac olduğunu bildirib və dinlərarası, dövlətlərarası münasibətlərin qurulmasında belə dəyərlərin mühüm rol oynadığını vurğulayıb.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
 


Son baxılan xəbərlər

Lənkəranda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
26.12.2019 / 16:50
Ətraflı oxu

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Azadlıq Radiosuna müsahibəsi

Xəbərlər
07.11.2014 / 17:43
Ətraflı oxu

Prezident İlham Əliyev: “2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi sülhə çağırışdır”

İSLAM HƏMRƏYLİYİ İLİ
25.09.2017 / 15:52
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun Moderator.az saytına müsahibəsi

Müsahibələr
11.11.2016 / 17:11
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Radikal dini qrupları ideoloji, siyasi və psixoloji baxımdan xeyli ...

Açıqlama
18.06.2016 / 12:43
Ətraflı oxu

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib

Xəbərlər
18.11.2017 / 14:04
Ətraflı oxu