İslam həmrəyliyi sülhə və əminamanlığa çağırışdır

Press-relizlər / 13.12.2017 / 17:07

Dekabrın 13-də Ağstafa rayon Dağ Kəsəmən kənd “Eyyub ağa” məscidi dini icmasının “İslam həmrəyliyi sülhə və əminamanlığa çağırışdır” layihəsi çərçivəsində “Ənənəvi islam və milli mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, Göycəli kənd orta məktəbinin direktoru Briliyant Aşurova, icma sədri Hüseyn Hüseynov, icma üzvləri, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev mövzunun əhəmiyyətindən danışıb. 
Daha sonra çıxış edən Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev qeyd edib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir. Natiq onu da qeyd edib ki, Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addımdır.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
  


Son baxılan xəbərlər

Zərdabda "Aprel şəhidləri - Azərbaycan gəncliyinin qüruru" adlı maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.04.2018 / 17:21
Ətraflı oxu

“Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.03.2019 / 09:32
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
27.07.2017 / 17:45
Ətraflı oxu

Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
15.07.2019 / 16:17
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri: “Əsl dindarlar xaricdən idarə olunanların mahiyyətini və niyyətlərini çox yaxşı başa ...

Açıqlama
31.07.2018 / 14:42
Ətraflı oxu

"İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabı

Kitablar
21.12.2015 / 17:14
Ətraflı oxu