“Şəhadət” filmi Qəbələdə nümayiş etdirilib

Press-relizlər / 13.12.2017 / 15:37

Dekabrın 13-də Şəki bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə Qəbələ şəhər Heydər Əliyev mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” filminin nümayişi olub.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin baş məsləhətçi vəzifəsini icra edən Zaman Şirinov, Qəbələ rayon Təhsil şöbəsinin metodisti İsayeva Tərbiyə və Qəbələ rayon “Cümə” məscidi dini icmasının üzvü Həzi Aslanov, məktəb direktorları və müəllimlər iştirak edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin baş məsləhətçi vəzifəsini icra edən Zaman Şirinov çıxış edərək bildirib ki, son zamanlar dünyada dini radikalizm, dini ekstremizm kimi mənfi meyillər ortaya çıxıb və Azərbaycandan  yan keçməmişdir. Radikal dini təriqətlərin təsiri altına düşən bir qrup insan ailələrini, doğma torpaqlarını geridə qoyaraq sonu olmayan amal uğrunda silahlı münaqişələrə qoşulur və sonda bu yanlış hərəkətlərinin cəzasını çox ağır şəkildə çəkirlər. Buna görə də dövlət tərəfindən dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır. Bu baxımdan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi böyük əhəmiyyətə malikdir.
Sonda “Şəhadət” filmi nümayiş etdirilib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.


 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri ilə görüşüb

Press-relizlər
22.10.2019 / 17:36
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Simon Vizental Mərkəzinin təsisçisi Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Conni ...

Xəbərlər
26.11.2018 / 15:45
Ətraflı oxu

“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 16:10
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.11.2018 / 10:12
Ətraflı oxu

Azərbaycan tolerantlıq nümunəsidir

Multikulturalizm
16.11.2016 / 15:33
Ətraflı oxu

Balakən rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.06.2019 / 10:34
Ətraflı oxu