Mərdəkanda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər / 13.12.2017 / 15:02

Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Mərdəkan qəsəbəsindəki 181 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, qəsəbə bələdiyyəsinin sədri Mirbaba Hüseynov, RİH başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəsi İlqar Mubilov, məktəbin direktoru Nazilə Məmmədova, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov mövzunun əhəmiyyətindən danışıb. Natiq qəsəbədəki dini durum barədə də tədbir iştirakçılarına məlumat verib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında Azərbaycanda mövcud olan tolerantlıq mühitindən danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanlar dini ibadətlərini sərbəst həyata keçirirlər. Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətinə toxunan şöbə müdirinin sözlərinə görə, Azərbaycanın İslam həmrəyliyinə verdiyi dəstək birgəyaşayış həyat fəlsəfəmizə əsaslanır. Ə.Zülfüqarov onu da vurğulayıb ki, respublikamız bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq və qarşılıqlı hörmət əsasında qurur.
Yaxın Şərq regionunda baş verən münaqişələrdəndanışan Ə.Zülfüqarov bildirib ki, dünyadakı bəzi dairələr tərəfindən İslamın terrorçu din kimi təqdim edilməsi anti-islam düşüncəsinin formalaşmasına, eləcə də islamofobiyanın yaranmasına səbəb olur. Qeyd edib ki, əslində İslam sülh, əmin-amanlıq və həmrəylik dinidir.
Məktəblilərə tövsiyələrini də verən DQİDK-nın şöbə müdiri bildirib ki, gənclər dini bilgilərini düzgün mənbədən almalı, milli-mənəvi dəyərlərimizi, eləcə də dini dəyərlərimizi qorumalıdırlar.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, qəsəbə bələdiyyəsinin sədri Mirbaba Hüseynov, RİH başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəsi İlqar Mubilov və məktəbin direktoru Nazilə Məmmədova qeyd ediblər ki, Azərbaycan multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi ilə tanınır. Vurğulanıb ki, respublikamızdakı bütün xalqların və dinlərin nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.
  


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Xəbərlər
15.07.2019 / 10:34
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.11.2018 / 10:12
Ətraflı oxu

Binəqədi və Lənkəranda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.06.2019 / 14:12
Ətraflı oxu

"Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
24.01.2018 / 16:03
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
04.03.2019 / 17:09
Ətraflı oxu

Şəkidə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
05.04.2019 / 11:21
Ətraflı oxu