Dini radikalizim İslam həmrəyliyinə maneədir

Press-relizlər / 08.12.2017 / 09:51

Dekabrın 7-də Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasında “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Dini radikalizim İslam həmrəyliyinə maneədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşı Elbəy Dəmirov, Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov, Qarallar kənd tam orta məktəbinin müəllimləri və həmin kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov mövzunun əhəmiyyətindən bəhs edib. Natiq onu da bildirib ki, xalqımız milli-mənəvi dəyərlərinə hər zaman sıx bağlılıq nümayiş etdirir. Dini icma sədri ölkəmizdə dinlər və məzhəblər arasında sağlam münasibətlərin, həmrəylik və qarşılıqlı ünsiyyətin mövcudluğundan da danışıb.
DQİDK-nin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov dövlət-din münasibətləri sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda şöbə müdiri dini radikalizm və dini ekstremizmin milli-mənəvi dəyərlərimizə mənfi təsir etdiyini qeyd edib.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.
  


Son baxılan xəbərlər

Los-Ancelesdə Azərbaycan tolerantlığına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
16.05.2018 / 17:35
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Amerikanın Səsi"nə müsahibəsi

Arxiv
30.04.2018 / 14:48
Ətraflı oxu

Səyyad Salahlı: "Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır"

Xəbərlər
13.11.2018 / 17:55
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
30.01.2018 / 14:45
Ətraflı oxu

Şəkidə dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.01.2018 / 17:54
Ətraflı oxu

Xocalı soyqırımı Azərbaycanın tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olub

Xəbərlər
26.02.2020 / 11:20
Ətraflı oxu