Şəkidə “Dini radikalizm vətənpərvərlik ideyalarına ziddir” mövzusunda tədbir keçirilib

Press-relizlər / 04.12.2017 / 17:03

Dekabrın 4-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Şəki Dövlət Regional Kollecinin təşəbbüsü ilə “Dini radikalizm vətənpərvərlik ideyalarına ziddir” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə  DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Şəki Dövlət Regional Kollecinin rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər.
Şəki Dövlət Regional Kollecinin müəllimi Rafiq Səmədov tədbiri giriş sözü ilə açaraq dini radikalizmə qarşı mübarizədə belə maarifləndirmə tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev rayonda dövlət-din münasibətləri sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Natiq dini radikalizm və dini ekstremizmin milli-mənəvi dəyərlərimizə və vətənpərvərlik ideyalarına  mənfi təsir etdiyini qeyd edib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə şəkilər “Şəhadət” sənədli filmi nümayiş olunub.

Son baxılan xəbərlər

Qusarda “Narkomaniya və dini radikalizmin sosial təhlükəsi və doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
23.05.2017 / 09:37
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

San-Fransiskoda Azərbaycan tolerantlığına həsr olunmuş geniş tədbir keçirilib

Press-relizlər
18.05.2018 / 14:54
Ətraflı oxu

Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
05.07.2019 / 16:56
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.08.2019 / 09:46
Ətraflı oxu

“Gəncləri dini radikalizm və digər zərərli vərdişlərdən qoruyaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.02.2020 / 15:29
Ətraflı oxu