Dövlət Komitəsi: İraqdakı Azərbaycan vətəndaşlarının qaytarılması istiqamətində işlər davam etdirilir

Açıqlama / 30.11.2017 / 17:32

“Azərbaycanda aidiyyəti qurumlar İraqdakı Azərbaycan vətəndaşlarının, xüsusilə uşaqların geriyə qaytarılması istiqamətində işləri davam etdirir”. APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Dövlət Komitəsinin sədri qeyd edib ki, bir nəfər də olsun Azərbaycan vətəndaşı, xüsusən də uşaqlar kənarda qala bilməz: “Suriya və İraqda “İŞİD” terror təşkilatının fəaliyyəti getdikcə aradan qaldırılıb. “İŞİD”-dən azad olunmuş ərazilərdə ayrı-ayrı ölkələrdən gəlmiş şəxslər müəyyənləşdirilir. Azərbaycanda da ora aldadılaraq ailə üzvləri, övladları ilə birlikdə aparılan şəxslər olub. Həmin şəxslərin ölkəyə qaytarılması dövlətin diqqət mərkəzindədir. Qeyri-qanuni silahlı birləşmələrə qoşulan şəxslərə qarşı isə qanunvericiliyə uyğun olaraq cinayət işləri qaldırılıb, onlar qanun qarşısında cavab verməli olacaqlar”.
Qeyd edək ki, rəsmi məlumatlara əsasən, İraqda 100-dən çox azərbaycanlı qadın və uşaq var.

Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Bu gün dini radikal qrupların Azərbaycanda nə ideoloji, nə iqtisadi, nə də ...

Müsahibələr
29.12.2018 / 10:46
Ətraflı oxu

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir

Press-relizlər
17.09.2018 / 16:33
Ətraflı oxu

Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
12.10.2018 / 15:54
Ətraflı oxu

Səyavuş Heydərov: Dini təhlükəsizlik milli təhlükəsizliyimizin başlıca tərkib hissəsidir

Açıqlama
09.04.2018 / 11:33
Ətraflı oxu

Allahşükür Paşazadə: Azərbaycanda məzhəblər arasında fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur

Xəbərlər
14.02.2015 / 10:55
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
26.10.2018 / 17:23
Ətraflı oxu