"Bakı Metropoliteni" QSC-də "Şəhadət" sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 28.11.2017 / 16:29

Noyabrın 28-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində DQİDK-nın sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filmi nümayiş etdirilib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbər və məsul şəxsləri, eləcə də metropolitenin digər işçilərinin iştirak etdiyi tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov DQİDK-nın sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi haqqında da məlumat verərək bildirib ki, bu film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir.
Dünyada qlobal təhlükəsizlik problemlərinin əsasını dini və etnik zəmindəki münaqişələrin təşkil etdiyini vurğulayan Səyavuş Heydərov Azərbaycanda dinlərarası və millətlərarası münaqişələrin baş vermədiyini bildirib. Eyni zamanda, qeyd edib ki, respublikamızda məzhəblər arasında vəhdət və həmrəylik mövcuddur. DQİDK sədrinin müavininin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin respublikamızda "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi bütün dünyada, eləcə də müsəlman aləmində sülhə və birgəyaşayışa çağırışdır. O, Bakıda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə dövlətimizin başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib. Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizə yolları barədə məlumat Səyavuş Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmədən ibarətdir. Avropada islamofobiya hallarının genişləndiyini diqqətə çatdıran DQİDK sədrinin müavini bildirib ki, müsəlman ölkələrində gedən proseslər İslamı gözdən salmaq istəyən qüvvələrin məkrli siyasətinin nəticəsidir. Bütün bunlar isə İslam həmrəyliyini zəruri edən amillərdəndir. Natiq onu qeyd edib ki, Prezident İlham Əliyev “İslam həmrəyliyi” çağırışı ilə yeni bir strategiya ortaya qoymuşdur. S. Heydərov artıq dünya birliyinin dövlət başçımızın qeyd olunan çağırışlarına səs verməsini, xüsusilə Şərq Tərəfdaşlığı sammitində qəbul olunan bəyanatlarla dəyər verməsini vurğulamışdır.
Daha sonra çıxış edən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Hidayət Məmmədov filmin maarifləndirmə sahəsindəki önəminə toxunub. O, "Şəhadət" sənədli filminin nümayişinin gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib
Tədbirdə radikal dini cərəyanların təsiri altına düşmədən qorunması və dini radikalizmin fəsadları ilə bağlı da fikir mübadiləsi aparılıb.
 
 


Son baxılan xəbərlər

Naxçıvanda “Ümummilli Lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib

Press-relizlər
07.12.2017 / 09:25
Ətraflı oxu

Lənkəranda dini radikalizmə qarşı mübarizə məsələsi müzakirə olunub

Press-relizlər
27.09.2017 / 15:09
Ətraflı oxu

Yevangelist Xristianlar İttifaqının səlahiyyətli nümayəndəsi:"Azərbaycan bir çox ölkələrə nümunə ola bilər" – MÜSAHİBƏ

Müsahibələr
30.04.2018 / 14:12
Ətraflı oxu

“İslam sivilizasiyası Qafqazda” mövzusunda İkinci Beynəlxalq Simpozium keçiriləcək

Press-relizlər
02.04.2019 / 16:40
Ətraflı oxu

Pirallahıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
17.09.2018 / 10:28
Ətraflı oxu

“İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.01.2018 / 16:55
Ətraflı oxu