Göyçayda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər / 27.11.2017 / 17:13

Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Rayonun Potu kənd tam orta məktəbində təşkil olunan tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın əməkdaşı Tərxan Paşazadə, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Göyçay RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndələri – Rəsul Kazımov, Cavid  Səfərov, din xadimləri,  müəllim və şagirdlər iştirak ediblər.
Göyçay RİH başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov çıxışında mövzunun əhəmiyyətindən danışıb. Rayondakı dini durum barədə məlumat verən natiq ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini İslam dünyasının həmrəyliyinə verdiyi böyük önəmin göstəricisi olduğunu vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan dünyada tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib. Respublikamızda heç zaman dinlərlərarası və məzhəblərarası münaqişələrin baş vermədiyini bildirən şöbə müdiri qeyd edib ki, ölkəmizdə məzhəblər arasında vəhdət mövcuddur. Bütün dinlərin və millətlərin nümayəndələri Azərbaycanda sülh və qardaşlıq şəraitində yaşayırlar. İslamın sülh dini olduğunu bildirən DQİDK-nın şöbə müdiri dinimizin insanları vəhdətə, həmrəyliyə çağırdığını vurğulayıb. Yaxın Şərqdə baş verən münaqişələrin İslam dinindən sui-istifadə edilməsinin bariz nümunəsi olduğunu qeyd edən Ə.Zülfüqarov deyib ki, bu kimi hallar dünyada İslam haqqında yanlış fikirlərin formalaşmasına səbəb olur. Natiq bildirib ki, digər dinlərin nümayəndələrindən fərqli olaraq, müsəlmanların sayının sürətlə artması bəzi dairələri ciddi narahat edir ki, həmin qüvvələr də müsəlman dövlətlərində qarşıdurma yaratmağa cəhdlər edirlər. Şöbə müdiri dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları barədə də məlumat verərək bildirib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməmələri və bu sahədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.
DQİDK-nın əməkdaşı Tərxan Paşazadə çıxış edərək bildirib ki, dünyada enerji resursları uğrunda gedən mübarizələr müəyyən ölkələrdə, o cümlədən müsəlman dünyasında münaqişələrin yaranmasına səbəb olur. Terror təşkilatları haqqında da danışan T.Paşazadə İŞİD və digər radikal qrupların törətdikləri hadisələr barədə məlumat verib. DQİDK əməkdaşının sözlərinə görə, terror təşkilatları İslam ölkələri ilə yanaşı, Qərb dövlətlərini də təhdid edirlər. Natiq qeyd edib ki, gənclərin radikal dini qrupların təsirinə düşməməsi üçün mükəmməl təhsil almaları vacibdir.
Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, QMİ-nin Göyçay rayonu üzrə nümayəndələri - Rəsul Kazımov və Cavid  Səfərov, eləcə də digər çıxışçılar bu cür maarfləndirmə xarakterli tədbirlərin İslam dininin əsl mahiyyətinin insanlar tərəfindən daha doğru anlaşılmasına yardımçı olduğunu qeyd ediblər.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
20.09.2018 / 11:47
Ətraflı oxu

Zərdabda “İslam sülh və həmrəylik dinidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər
01.11.2017 / 17:18
Ətraflı oxu

Cocuq Mərcanlıda “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.01.2018 / 10:02
Ətraflı oxu

Azərbaycan dünyada dini tolerantlığın mərkəzinə çevrilib

Arxiv
07.06.2016 / 14:46
Ətraflı oxu

10 və 11 saylı cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
25.10.2018 / 17:41
Ətraflı oxu

Xətaidə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib

Press-relizlər
27.11.2017 / 16:52
Ətraflı oxu