Xətaidə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib

Press-relizlər / 27.11.2017 / 16:52

Noyabrın 27-də Xətai Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fidan Aslanova və Vasif Musayev, məktəbin direktoru Fuad Babayev, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fuad Babayev iştirakçıları tədbir barədə məlumatlandırıb, məktəblərdə təşkil edilən görüşlərin əhəmiyyətini qeyd edib.
Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov 2017-ci ilin ölkə rəhbərinin müvafiq Sərəncamı ilə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu, İslam dünyasına qarşı mənəvi-fiziki hücumların artdığı, İslam dininin terrorla eyniləşdirməyə cəhdlərin edildiyi bir vaxtda bu qərarın mühüm bir qərar olduğunu bildirib. Müasir dövrdə demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlığın ölkəmiz və cəmiyyətimiz üçün nümunəvi ənənəyə çevrildiyini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fidan Aslanova bildirib ki, əsrlərboyu cəmiyyətimizdə bərqərar olmuş ədalət, bərabərlik, insanpərvərlik, sülh ideyaları islami dəyərlərlə bəşəri ideyaların sintezi əsasında formalaşıb. Dini radikalizmin, ekstremizmin mahiyyətində savadsızlığın dayandığını deyən F.Aslanova təhsil və maarifləndirmənin radikalizm və ekstremizm kimi neqativ fenomenlərə qarşı mübarizədə mühüm rol oynadığını qeyd edib.
Sonda iştirakçılara Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
 


Son baxılan xəbərlər

İlham Əliyevin modern dövlət modeli

Xəbərlər
24.12.2018 / 09:55
Ətraflı oxu

Xırdalanda Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
23.04.2018 / 14:45
Ətraflı oxu

Füzulidə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
11.01.2018 / 09:52
Ətraflı oxu

“Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.02.2017 / 17:53
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib

Xəbərlər
15.02.2019 / 09:32
Ətraflı oxu

Bakıda “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib

Press-relizlər
15.11.2018 / 17:36
Ətraflı oxu