“Gənclərin yad dini təsirlərdən qorunması və vətənpərvər ruhda tərbiyə olunması” mövzusunda tədbir təşkil olunub

Press-relizlər / 24.11.2017 / 18:06

Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada “İslam Həmrəyliyi” ili çərçivəsində növbəti tədbir keçirilib.
“Gənclərin yad dini təsirlərdən qorunması və vətənpərvər ruhda tərbiyə olunması” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Nuriyeva və Hatəm Gülməmmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rövşən Quliyev, gimnaziyanın direktoru Ənvər Mustafayev, direktorun müavini Sevinc Mustafayeva, gimnaziyanın pedaqoji kollektivi, müəllim heyəti və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktor müavini S.Mustafayeva keçirilən bu kimi tədbirlərin əhəmiyyətini vurğulayaraq gənclərimizi dini ekstremizm və xurafatın zərərli təsirlərindən qorumaq, onları Vətənə, dövlətə bağlı vətəndaş kimi formalaşdırmaq üçün uğurlu maarifləndirmə işi aparıldığını bildirib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Gülməmmədov radikal dini qrupların və qeyri-ənənəvi dini cərəyanların zərərli təbliğatının qarşısının alınması, onlara qarşı mübarizə aparılması və dini maarifçilik işinin təşkili istiqamətində görülən işlər barədə məlumat verib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı P.Nuriyeva qeyd edib ki, milli-mənəvi dəyərlərimizin təbliği radikalizmlə mübarizədə önəmli amillərdən biridir. Vətəni sevmək, onu qorumaq üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda formalaşmalıdırlar.
Gimnaziyanın direktoru Ə.Mustafayev dinimizə və dövlətçiliyimizə yad olan ideyaların yayılmasının qarşısının alınmasında məqsədyönlü maarifləndirmə işinin aparılması, yetişməkdə olan gənc nəslə milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik ruhunun düzgün şəkildə aşılanmasının vacibliyini qeyd edib.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. 


Son baxılan xəbərlər

Aprel şəhidləri qürur mənbəyimizdir

Press-relizlər
13.04.2018 / 16:48
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Açıqlama
29.04.2019 / 19:37
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlər: dünən, bu gün və sabah” adlı mövzuda maarifləndirici tədbir keçirilib

Press-relizlər
17.12.2019 / 15:20
Ətraflı oxu

Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub

Xəbərlər
19.01.2019 / 12:14
Ətraflı oxu

Mübariz Qurbanlı “Könüllümüz ol” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edib

Xəbərlər
27.09.2019 / 14:31
Ətraflı oxu

“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusundakı regional konfrans öz işini davam etdirib

Xəbərlər
18.02.2020 / 16:40
Ətraflı oxu