Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir təşkil olunub

Press-relizlər / 23.11.2017 / 16:08

Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər 10 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elfira Abdullayeva, Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir şəhəri “Heydər” məscidinin imam-naibi, ilahiyyatçı-dinşünas Müşfiq Nəcəfov,  eləcə də məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.
10 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elfira Abdullayeva bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb. Qeyd edib ki, bu gün dünyada islamafobiyanın baş alıb getdiyi bir dövrdə dövlət başçımızın müdrikliklə 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır. Bu həm də müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn Prezident İlham Əliyevin İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir şəhər “Heydər” məscidinin imam-naibi, ilahiyyatçı-dinşünas Müşfiq Nəcəfov, məktəbin tarix müəllimi Yeganə Bədəlova filmdən təsirləndiklərini, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslə ötürülməsinin mühüm vəzifələrdən biri olduğunu qeyd ediblər.
Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Biləsuvarda “İslam həmrəyliyi - sülhə aparan yol” layihəsi çərçivəsində tədbir keçirilib

Press-relizlər
19.01.2018 / 08:52
Ətraflı oxu

Zərdabda Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
04.04.2019 / 14:14
Ətraflı oxu

Masallıda 31 mart soyqırımı qurbanları anılıb

Press-relizlər
30.03.2018 / 16:02
Ətraflı oxu

Səyyad Salahlı: “Ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar”

Press-relizlər
20.02.2020 / 14:19
Ətraflı oxu

DQİDK-nın dəstəyi ilə regionlarda dini maarifləndirmə tədbirləri keçirilir

Press-relizlər
30.01.2018 / 14:52
Ətraflı oxu

Prezident İlham Əliyev: "Bizə müsəlman ölkələrindən ən çox dəstək gəlir"

Xəbərlər
22.07.2020 / 15:28
Ətraflı oxu