Ələt qəsəbəsində dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər / 22.11.2017 / 16:39

Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Qaradağ rayonu Ələt qəsəbəsindəki 110 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Komitənin Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov, Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsirov, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaradağ Rayon İdarəsinin əməkdaşı Arif Hacıyev, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşı Babək Abbasov, qəsəbə ziyalıları, müəllim və şagirdlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsirov mövzunun əhəmiyyətindən danışıb. Natiq təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin silsilə xarakter daşıdığını vurğulayıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov bildirib ki, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer olmadığını diqqətə çatdıran Ə.Zülfüqarov İslamın dini ekstremizm kimi hallara alət olunmasının yolverilməz olduğunu bildirib. Natiq, eyni zamanda dini radikalizmin milli təhlükəsizliyə təhdid olduğunu, ona qarşı birgə mübarizənin vacibliyini vurğulayıb.
2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının önəmindən də danışan şöbə müdiri bu təşəbbüsün İslam dünyasına mesaj xarakteri daşıdığını bildirib. 
Tədbirdə ölkəmizin dini tolerantlıq sahəsində dünyaya örnək olduğu diqqətə çatdırılıb, eləcə də gənclərin dini radikalizmin təsirinə düşməsi ilə əlaqədar nəzəri və praktik nümunələr verilib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.
  


Son baxılan xəbərlər

Multikulturalizm Azərbaycan xalqının mədəniyyətinin cövhəridir

Multikulturalizm
23.05.2016 / 11:12
Ətraflı oxu

Mətbuat xidmətinin məlumatı

Press-relizlər
14.11.2019 / 17:18
Ətraflı oxu

Masallıda “Azərbaycan Xalq Cümhuriyyəti və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.03.2018 / 15:43
Ətraflı oxu

Şəkidə dini icmalar üçün ikigünlük regional konfransın işi yekunlaşıb

Xəbərlər
28.10.2014 / 16:42
Ətraflı oxu

Naftalanda “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə edilib

Press-relizlər
24.04.2019 / 16:06
Ətraflı oxu

Mingəçevirdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.05.2018 / 16:27
Ətraflı oxu