Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib

Press-relizlər / 22.11.2017 / 14:20

Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanan “Tədbirlər Planı”na əsasən Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyət üzrə rəis müavini Mikayıl Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, eləcə də Ali Hərbi Məktəbin fakültə dekanları, zabitlər və kursantlar iştirak ediblər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyət üzrə rəis müavini Mikayıl Hüseynov milli-mənəvi dəyərlərimizin təbliğində maarifləndirmə işinin böyük əhəmiyyətə malik olduğunu bildirib.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev tədbirdə geniş məruzə ilə çıxış edib. “Şəhadət” sənədli filminin gənclərin vətənpərlik ruhunda tərbiyə almasına böyük töhfə verdiyini diqqətə çatdıran natiq bu sahədə görülən işlər haqqında məlumat verib. C.Əliyev dini radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətləri barədə dinləyiciləri məlumatlandıraraq, maarifləndirmənin bu mübarizənin prioritet istiqaməti olduğunu vurğulayıb.
Tədbirin sonunda kursantları maraqlandıran suallar cavablandırılıb.  


Son baxılan xəbərlər

Bakıda “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib

Press-relizlər
15.11.2018 / 17:36
Ətraflı oxu

İmişlidə “Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
31.05.2018 / 16:12
Ətraflı oxu

Dövlət Komitəsinin sədri BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Press-relizlər
01.02.2018 / 18:18
Ətraflı oxu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (SOCAR) Qaz Emalı Zavodunun rəhbər heyəti və əməkdaşları ilə ...

Xəbərlər
05.10.2018 / 15:01
Ətraflı oxu

Səyavuş Heydərov: "Dini radikal təmayüllərin cəmiyyətdə yer tapması maddi amillərlə də bilavasitə bağlıdır"

Müsahibələr
03.02.2017 / 10:15
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib

Xəbərlər
26.11.2018 / 16:41
Ətraflı oxu