Qubada “Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması” mövzusunda ikigünlük seminar başa çatıb

Press-relizlər / 18.11.2017 / 13:36

Noyabrın 18-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Qubada keçirilən “Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması” mövzusunda seminar işinə davam edib.
İkigünlük seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, elm və din xadimləri, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu ilə əməkdaşlıq edən şimal bölgəsi üzrə aktiv gənclər,  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Siyəzən, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran rayon təşkilatlarının üzvləri, həmçinin, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarın ikinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dini məsələ: ideoloji təhdidlər müstəvisində” mövzusunda təqdimatla çıxış edib. İdeoloji sahədə dinlə bağlı üzləşdiyimiz problemlər, dövlət-din münasibətlərinin tənzimlənməsi qaydaları, vətəndaşların dinə baxış bucağı və digər məsələlər ətrafında geniş məruzə ilə çıxış edən Gündüz İsmayılov vurğulayıb ki, ideoloji müstəvidə dinlə bağlı ən böyük problem məqsədli şəkildə dini kimliyimizin-dinimizin milli kimliyimizə-Azərbaycançılığa qarşı qoyulmasıdır. Din pərdəsi altında, dindən sui-istifadə edilərək İslam Azərbaycançılığa qarşı qoyulur. Sədr müavini qeyd edib ki, XIX əsrdə başlayan maarifçilik hərəkatı ilə xalqımızın milli şüurunun oyanması və  milli özünüdərk prosesinin başlaması nəticə etibarilə “millət” anlayışı ilə “ümmət” anlayışının bir-birindən fərqləndirilməsinə gətirib çıxardı. Hazırda millətlə ümməti yenə də qarşı-qarşıya qoymaqda məqsəd milli dövlətçiliyimizə zərbə vurmaqdır.
G. İsmayılov dindarlığın artması ilə məzhəbçiliyin də güclənməsi, eləcə də xurafat meyillərinin artması, dini dəhsilin dünyəvi təhsilə qarşı qoyulması, qız uşaqlarının məktəbdən uzaqlaşdırılması, dini radikalizm fikirlərinin yayılması tendensiyalarının müşahidə edildiyinə diqqət çəkərək cəmiyyətdə dinlə bağlı belə problemlərin yaranmasının arzuolunmaz hal olduğunu bildirib. Qeyd edib ki, ideoloji sahədə yaranmış bütün bu problemləri həll etməyimiz üçün necə bir gənclik, necə bir nəsil yetişdirməli olduğumuz çox önəmlidir.
Daha sonra DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov “Radikallaşma prosesi: nəzəriyyə və təcrübə” mövzusunda məruzə ilə çıxış edib. Mehman İsmayılov qeyd edib ki, din şəxsiyyətin mənəviyyatının, əxlaqının, insani keyfiyyətlərinin  formalaşmasına xidmət etsə də dinin cəmiyyətdə bir çox funksiyaları var. Cəmiyyətdə insanlar arasında sosial-ictimai münasibətlərin, qarşılıqlı anlaşma mühitinin yaranmasında çox böyük rol oynayır. Dini radikalizm bir prosesdir və hər hansı bir dini baxışı mənimsəyən qrupun fərqli fikirlərə ifrat radikal yanaşmasıdır. Radikallaşma prosesinin baş verməsinin sosial-ictimai səbəbləri, mərhələləri haqqında geniş məlumat verən M. İsmayılov radikallaşmaya zəmin yaradan sosial, psixoloji, ideoloji səbəblərin aradan qaldırılmasının əhəmiyyətini vurğulayıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin, radikalizm meyillərinin yayılmasının qarşısının alınmasında, gənclərin  dini baxışlarının düzgün istiqamətləndirilməsində böyük rol oynadığını diqqətə çatdırıb.
Seminarın sonunda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.  


Son baxılan xəbərlər

Qafqaz Müsəlmanları İdarəsi koronavirus xəstəliyi ilə bağlı tövsiyələrini açıqlayıb

Xəbərlər
05.03.2020 / 17:06
Ətraflı oxu

Dövlət Komitəsində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Xəbərlər
23.01.2020 / 16:16
Ətraflı oxu

Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2018 / 17:26
Ətraflı oxu

Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri müzakirə olunub

Press-relizlər
15.03.2017 / 17:43
Ətraflı oxu

Vətəni sevmək imandandır

Press-relizlər
18.04.2018 / 16:31
Ətraflı oxu

Milli-mənəvi dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
22.05.2020 / 11:12
Ətraflı oxu