Qaradağda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir baş tutub

Press-relizlər / 16.11.2017 / 17:43

Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib.
Qobustan qəsəbə Mədəniyyət evində keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qobustan qəsəbə ziyalıları, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, müəllim və şagirdlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-treninqin əvvəlində DQİDK-nın sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxışında dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan, dini radikalizmin səbəb olduğu ailə faciələrindən danışıb, Dövlət Komitəsinin dini radikalizmə qarşı keçiridiyi belə profilaktik maarifləndirmə tədbirlərinin əhəmiyyətindən  bəhs edib.
Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikal və ekstremist qrupların təbliğat və yayılma metodlarından danışaraq, radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan islami dəyərlərin olduğu şəkildə təbliğ olunmasının əhəmiyyətini vurğulayıb. O, eyni zamanda məzhəb ayrı-seçkiliyinə qarşı vəhdət və həmrəyliyin vacibliyindən və buna nail olmağın yollarından  da bəhs edib.
Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid qəhraman oğullarımızdan söhbət açaraq “şəhidlik” anlayışının mahiyyətindən danışıb.
Daha sonra şəhid atası Əliyusif Əliyev və din xadimi Qaraoğlan Həsənov çıxış edərək belə tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb, gənclərin bu sahədə maarifləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Xəbərlər
12.12.2019 / 10:25
Ətraflı oxu

Kürdəmirdə gənclərlə görüş keçirilib

Press-relizlər
23.11.2016 / 15:15
Ətraflı oxu

Balakəndə dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.08.2017 / 09:50
Ətraflı oxu

Masallıda “Məhərrəmlik mərasimlərində qanunvericiliyin qorunması yolları” mövzusunda müşavirə keçirilib

Press-relizlər
08.09.2018 / 11:52
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ilin yekunlarına həsr edilən Hesabatı çap edildi

Press-relizlər
12.05.2016 / 14:35
Ətraflı oxu

Zaqatalada seminar-müşavirə keçirilib

Press-relizlər
01.07.2017 / 11:10
Ətraflı oxu