Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri müzakirə olunub

Press-relizlər / 16.11.2017 / 16:15

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Oğuz rayon Tərkeş kənd məscidi dini icması tərəfindən “Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri” layihəsi çərçivəsində Dəymədərə kənd orta məktəbində dini maarifləndirici tədbir  keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev, Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Taleh Abdullayev və Elvin Qarayev, Tərkeş kənd məscidi dini icmasının sədri Əlisəfa Dursunov, Sincan kənd məscidi dini icmasının sədri Kamal Bəşirov, müəllimlər və şagirdlər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Əlisəfa Dursunov layihə haqqında ətraflı məlumat verərək, keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbənin əməkdaşı Anar Əliyev tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda etnik və dini müxtəlifliyin ölkəmizin milli sərvəti kimi dəyərləndirildiyini qeyd edib. İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycanın müsəlman ölkələri arasında vəhdətin yaradılmasında, İslam həmrəyliyi proseslərində nümunəvi ölkə olduğunu vurğulayıb. O qeyd edib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və İslam həmrəyliyi ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Abdullayev bildirib ki, gənclərin dini radikalizmdən qorunması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması vacib məsələlərdəndir.
Daha sonra Sincan kənd məscidinin imamı Kamal Bəşirov gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onları radikal təsirlərdən qorumağın yollarından bəhs edib. Həmçinin qeyd edib ki, əgər  din öz məfkurəsindən, elmi izahından uzaqlaşarsa dini radikalizm, yəni dində ifratçılıq yaranar və vətənpərvərllik və milli kimliyimiz unudular.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb 


Son baxılan xəbərlər

Vətənpərvərlik dini radikalizmə qarşı aparılan mübarizədə ən önəmli vasitədir

Press-relizlər
12.04.2019 / 17:08
Ətraflı oxu

Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Xəbərlər
13.11.2018 / 12:56
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
05.09.2018 / 16:38
Ətraflı oxu

"Dini radikalizmlə mübarizədə ən önəmli və ən effektiv vasitə isə ideoloji mübarizədir"

Müsahibələr
04.08.2018 / 14:23
Ətraflı oxu

Tərtərdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
06.04.2018 / 17:24
Ətraflı oxu

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.04.2019 / 15:51
Ətraflı oxu