Dövlət bayrağı milli kimliyimizi xarakterizə edir

Press-relizlər / 08.11.2017 / 15:47

Noyabrın 8-də “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Binəqədi rayonunda yerləşən 100 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Dövlət bayrağı milli kimliyimizi xarakterizə edən atribut kimi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Pərvin Nuriyeva, 100 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Qubadova, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Qubadova Azərbaycanın dövlət atributlarının gənclərin vətənpərvərlik ruhunun formalaşmasındakı rolundan söhbət açıb. A.Qubadova çıxışında  bu sahədə aparılan maarifləndirmə işinin əhəmiyyətini də qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Nuriyeva isə Azərbaycan bayrağının milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu, özündə müasir, demokratik və mənəvi dəyərləri birləşdirdiyini qeyd edib. Dövlət rəmzlərinə olan bağlılığın tarixi, milli köklərə bağlılıq olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov çıxışında dövlətçilik ənənələrimizin qorunmasında gənclərin üzərinə düşən vəzifələrdən danışıb. Bildirib ki, bir millətin milli kimliyini formalaşdıran ən mühüm amil milli-mənəvi dəyərlərin məcmusu və vəhdətidir.
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.

 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda dinlərarası məsələlərdə heç bir problem yoxdur

Açıqlama
18.12.2014 / 16:04
Ətraflı oxu

Astarada Ramazan ayının başlanması ilə bağlı tədbir keçirilib

Press-relizlər
02.05.2019 / 12:41
Ətraflı oxu

Zaqatalada “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
26.07.2018 / 15:21
Ətraflı oxu

İnsan hüquqları mövzusu müzakirə olunub

Press-relizlər
11.06.2020 / 10:57
Ətraflı oxu

Beyləqanda “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.11.2019 / 16:27
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Din adı altında təxribatlar edir, milli maraqlarımıza zərbə vurmaq ...

Müsahibələr
12.07.2018 / 17:41
Ətraflı oxu