Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsi prosesinə böyük töhfələr verib

Press-relizlər / 08.11.2017 / 09:48

Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Çərəcə kənd məscidi dini icması tərəfindən “İslam Həmrəyliyi – sülhə aparan yol” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Çərəkə kənd 2 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Cavid Səfərov, Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Anar Məcidzadə, məktəbin direktoru Xuraman Məcidova, Göyçay RİH başçısının Çərəkə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Niman Məcidov, Çərəcə kənd məscidi dini icmasının sədri Rahim Həkimov, müəllim və şagirdlər, dini icma üzvləri və eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xuraman Məcidova mövzunun əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu cür tədbirlərin reallaşdırılması gənclərin maariflənməsinə mühüm təsir göstərir.
Daha sonra çıxış edən Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar Məcidzadə bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi dünyaya, xüsusilə müsəlman dünyasına birlik çağırışıdır. Natiq vurğulayıb ki, 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ölkəmizin İslam həmrəyliyinə verdiyi önəmin bariz göstəricisidir. Müsəlman aləminin ayrılmaz hissəsi olan respublikamız  bütün ölkələrlə, o cümlədən İslam dövlətləri ilə əlaqələrini dostluq və qardaşlıq əsasında qurur.
Ölkə rəhbərliyinin dinə qayğısından da danışan Anar Məcidzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin və  Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dinimizə, eləcə də İslam həmrəyliyinin möhkəmlənməsi prosesinə verdikləri böyük töhfələr əsrlərboyu yaddaşlardan silinməyəcək.
Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsini ölkə başçımızın və bütövlükdə xalqımızın İslam birliyinə olan xoş münasibətinin göstəricisidir. Şöbə müdiri onu da vurğulayıb ki, Şərqlə Qərbin qovşağında yerləşən və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan Azərbaycan hər zaman öz milli-mənəvi, dini dəyərlərinə hörmətlə yanaşan ölkə kimi tanınıb.
Qafqaz Müsəlmanları İdarəsinin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Cavid Səfərov, Çərəcə kənd məscidi dini icmasının sədri Rahim Həkimov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan hər zaman tolerantlıq mühitinin təşəkkül tapmasına, sivilizasiyalararası dialoqun qurulmasına, eləcə də İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. 
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev : "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz"

Press-relizlər
20.10.2017 / 16:54
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının APA-ya müsahibəsi

Müsahibələr
31.10.2014 / 17:51
Ətraflı oxu

Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri “Jewish Journal” nəşrində işıqlandırılıb

Press-relizlər
07.06.2018 / 09:25
Ətraflı oxu

Şəkidə dini radikalizm və onun fəsadları müzakirə olunub

Press-relizlər
16.11.2017 / 16:15
Ətraflı oxu

Bərdədə regional müşavirə keçirilib

Press-relizlər
26.10.2019 / 09:41
Ətraflı oxu

Regionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
06.11.2018 / 14:25
Ətraflı oxu