Zaqatala rayonundakı “N” saylı hərbi hissədə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 08.11.2017 / 09:53

Noyabrın 7-də Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, hərbi hissənin komandiri Anar Əliyev, eyni zamanda zabit, gizir heyəti və əsgərlər iştirak ediblər.
Filmin nümayişindən öncə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Şəhadət” sənədli filminin çəkilməsini zəruri edən amillərə toxunub, filmin dini maarifləndirmə işindəki əhəmiyyətindən danışıb. Bildirib ki, sənədli film Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edir. Bu iki müxtəlif amal uğrunda mübarizə aparmış Azərbaycan gənclərinə cəmiyyət, onların ailələri, yaxınları və dostları tərəfindən göstərilən fərqli münasibət diqqətə çatdırılır.
Hərbi hissənin komandiri Anar Əliyev "Şəhadət" filminin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə olduğunu vurğulayıb, filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.
 

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa obyektiv yanaşma ...

Press-relizlər
12.06.2020 / 15:22
Ətraflı oxu

Ağdaşda “Könüllülük öz xalqına və dövlətinə xidmətdir” mövzusu müzakirə edilib

Press-relizlər
19.02.2020 / 15:17
Ətraflı oxu

Komitənin sədr müavini Gündüz İsmayılov:" Bizim hədəfimiz radikallarla mübarizədir"

Müsahibələr
22.09.2016 / 12:27
Ətraflı oxu

Kamal Abdullayev: "Azərbaycanda mövcud olan dini harmoniya bütün dünyaya nümunədir "

İSLAM HƏMRƏYLİYİ İLİ
14.04.2017 / 10:21
Ətraflı oxu

“İslam həmrəyliyi sülh və birlik nümunəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
22.08.2017 / 15:09
Ətraflı oxu

Qubada “Ənənəvi islam və multikultural dəyərlərin təbliği” adlı layihə davam edir

Press-relizlər
18.11.2016 / 16:55
Ətraflı oxu