Ziyalılar dini radikalizmə və cəhalətə qarşı mübarizəyə dəstək verməlidirlər

Press-relizlər / 31.10.2017 / 17:38

Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Seminar-treninqdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Dövlət Komitəsinin əməkdaşı Namiq Talıbov, Qax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəzirməhəmməd Nəsirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qax RİH başçısı Aparatının nümayəndəsi Nəzirməhəmməd Nəsirov rayondakı dini durum barəsində məlumat verib. Rayonda müxtəlif xalqların, dinlərin nümayəndələrinin yaşadığını bildirən natiq burada dinlərarası və məzhəblərarası tolerantlığın mövcud olduğunu diqqətə çatdırıb. O, eyni zamanda dini radikalizm və ekstremizmə qarşı preventiv tədbirlərin, xüsusilə də dini maarifləndirmə tədbirlərinin görülməsi və islami dəyərlərin insanlara olduğu kimi düzgün çatdırılmasının vacibliyini vurğulayıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov ölkəmizdə milli-mənəvi və İslam dəyərlərinin qorunması sahəsində görülən işlərdən bəhs edib. O, dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıb, Yaxın Şərq ölkələrində cərəyan edən hadisələrin dini radikalizmdən qaynaqlandığını bildirib. Şöbə müdiri dini radikalizmə qarşı mübarizədə dini icmaların və din xadimlərinin fəal olmalarını tövsiyə edib. Şöbə müdiri, eyni zamanda, Ölkəmizdəki həmrəylik nümunəsi, Heydər məscidindəki vəhdət namazlarından danışıb.
Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov xalqımızın mili-mənəvi və dini ənənələri barədə məlumat verib, bu dəyərlərin qorunması və təbliğinin dini radikalizm və ekstremizmə qarşı mübarizədə mühüm rola malik olduğunu bildirib. O qeyd edib ki, ziyalılar dini radikalizmə, cəhalətə qarşı mübarizəyə dəstək verməlidirlər.
Sonda seminar-treninq iştirakçılarının sualları cavablandırılıb. 

Son baxılan xəbərlər

Binəqədi və Lənkəranda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.06.2019 / 14:12
Ətraflı oxu

Saatlıda dini icma sədrləri və din xadimləri ilə görüş olub

Press-relizlər
05.06.2018 / 16:30
Ətraflı oxu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Balakən, Lənkəran və Beyləqanda tədbirlər ...

Xəbərlər
10.05.2019 / 15:13
Ətraflı oxu

Xızıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

Press-relizlər
04.06.2019 / 10:56
Ətraflı oxu

Nizami rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
13.06.2019 / 10:25
Ətraflı oxu

Göyçayda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Press-relizlər
25.02.2019 / 12:44
Ətraflı oxu