“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı ərəb dilində çap edilib

Kitablar / 27.10.2017 / 15:47

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ermənistan tərəfindən maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandalizm hərəkətlərinin, işğal altındakı bütün maddi irsimizin məhv edilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılmasını hər zaman diqqət mərkəzində saxlayır.
Dövlət Komitəsi işğal altında qalan tarixi-dini abidələrimizin tam sayının, mövcud vəziyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparıb. Beynəlxalq təşkilatlarda, eləcə də xarici ölkələrdə təşkil edilən sərgilərdə həmin abidələrin - məscid, ziyarətgah və alban məbədlərinin işğaldan öncə və sonrakı fotolarını nümayiş etdirib. Eyni zamanda konfranslar təşkil edib, bu mövzuda müxtəlif dillərdə kitab və fotoalbomlar hazırlayıb. Həmin nəşrlərdən biri – Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun müəllifi olduğu “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı Azərbaycan dili ilə yanaşı, ingilis və fars dillərində nəşrə hazırlanıb. Bu il isə kitab ərəb dilində çap edilib.
Ərəb dilində çap edilən  foto-kitabın əsas məqsədi erməni vandalizmi barədə dünya ictimaiyyətini, eləcə də müsəlman aləmini bir daha məlumatlandırmaqdır. Ümid edirik ki, tarixi Azərbaycan torpağı olan Qarabağdakı mədəni və mənəvi irsimiz barədə tutarlı mənbələrdən birinə çevriləcək kitab həqiqətin carçısı qismində də çıxış edə biləcəkdir.

Son baxılan xəbərlər

Lənkəranda “Şeyxülislam Allahşükür Paşazadə-70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
10.06.2019 / 09:47
Ətraflı oxu

Humanizm zirvəsi

Xəbərlər
21.02.2019 / 09:40
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun Modern.az saytına müsahibəsi

Müsahibələr
21.01.2017 / 12:08
Ətraflı oxu

Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
18.01.2018 / 12:51
Ətraflı oxu

“The Daily Caller” Azərbaycandakı dini tolerantlıq barədə yazıb

Multikulturalizm
17.11.2016 / 10:25
Ətraflı oxu

Prezident İlham Əliyev şəhid ailələri ilə görüşüb

Xəbərlər
29.01.2019 / 11:26
Ətraflı oxu