Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Açıqlama / 25.10.2017 / 19:09

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev Milli Məclisin deputatı Fazil Mustafanın İnteraz Televiziyası ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərək qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kütləvi informasiya vasitələrinin, o cümlədən ölkə ərazisində yayımlanan televiziyaların mütəmadi monitorinqini aparır. Monitorinqlərin nəticələri təhlil olunur və ona uyğun tədbirlər görülür. İndiyədək aparılmış monitorinqlər zamanı İnteraz Televiziyasında ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkar olunub və bu barədə həmin televiziyaya Dövlət Komitəsinin mövqeyi bildirilib. Ümumiyyətlə, bu kimi məsələləri Dövlət Komitəsi həmişə diqqət mərkəzində saxlayır, hüquq və səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görür. 


Son baxılan xəbərlər

Kürdəmirdə "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda tədbir keçirilib

Press-relizlər
29.03.2017 / 16:37
Ətraflı oxu

Prezident İlham Əliyev: "Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır"

Xəbərlər
22.09.2020 / 13:00
Ətraflı oxu

Marta Çvey: Azərbaycan multikulturalizm, dözümlülük və müstəqil KİV-lərin inkişafı üçün gözəl örnəkdir

Multikulturalizm
26.11.2016 / 16:49
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa obyektiv yanaşma ...

Press-relizlər
12.06.2020 / 15:22
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
12.11.2018 / 17:02
Ətraflı oxu

Qubada Gəncə hadisələri ilə bağlı tədbir keçirilib

Press-relizlər
19.07.2018 / 16:29
Ətraflı oxu