Mingəçevirdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir təşkil olunub

Press-relizlər / 23.10.2017 / 12:25

Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir Valideynlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Media Mərkəzinin direktoru - Mingəçevir Valideynlər Assosiasiyasının rəhbəri Fərman Nəbiyev, “Olmaq İstədiyim “Mən” layihəsinin koordinatoru Fərid Qoşqarlı, Mingəçevir Dövlət Unversitetinin müəllimi, psixoloq-ekspert İlhamə İsmayılova, universitetin tələbə həmkarlar komitəsinin sədri Rəşad Qurbanov, eləcə də şəhərin müxtəlif orta məktəblərinin fəal şagirdləri və onların valideynləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Media Mərkəzinin direktoru Fərman Nəbiyev uşaq hüquqlarının müdafiəsinin və uşaqların milli-mənəvi ruhda tərbiyə edilməsinin əhəmiyyətindən danışıb və rəhbərlik etdiyi Mingəçevir Valideynlər Assosiasiyasının bu sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Tədbirdə “Uşaq hüquqlarının müdafiəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov dövlətin bu sahədə atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən söhbət açıb. Bildirilib ki, İslam dinində uşaq hüquqlarına böyük dəyər verilir. Dinimiz insanların qəlbində uşaqlara qarşı sevgi, rəğbət, mərhəmət və məhəbbət hisslərini aşılayır. Bu da öz növbəsində uşaqların hüquqlarının tam şəkildə təmin olunmasına və onların firavan mühitdə yaşamasına şərait yaradır. O, həmçinin uşaq hüquqlarının müdafiəsinə dövlət tərəfindən verilən təminat və bununla bağlı qəbul edilmiş bir sıra mühüm qanunlar və dövlət proqramları barədə məlumat verib.
Daha sonra çıxış edən Mingəçevir Dövlət Universitetinin müəllimi, psixoloq-ekspert İlhamə İsmayılova və tələbə həmkarlar komitəsinin sədri Rəşad Qurbanov “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən bu tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmaların uşaq hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib.
Sonda şagirdləri və onların valideynlərini maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

Lənkəranda “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
29.07.2019 / 15:07
Ətraflı oxu

Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
19.06.2019 / 17:29
Ətraflı oxu

Gündüz İsmayılov: “DQİDK dini radikalizm və xurafata qarşı həm inzibati, həm də maarifçilik istiqamətində ...

Press-relizlər
25.09.2019 / 12:18
Ətraflı oxu

“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.02.2020 / 16:50
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Press-relizlər
09.10.2018 / 17:24
Ətraflı oxu

Mübariz Qurbanlı: “Tolerantlıq Azərbaycan xalqının tarixi uğuru olmaqla yanaşı, həm də gələcək inkişafının və ...

Açıqlama
16.11.2016 / 12:35
Ətraflı oxu