“Dini radikalizm və xurafat: Bir medalın iki üzü” adlı kitab nəşr edilib

Kitablar / 19.10.2017 / 11:29

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilmiş geniş oxucu auditoriyası üçün nəzərdə tutulan “Dini radikalizm və xurafat: Bir medalın iki üzü” kitabında xurafatın mənfi cəhətləri və cəmiyyətə vurduğu ziyanlar, yaratdığı problemlər, onun cəmiyyətdə elmi geriliyə, kütləvi savadsızlığa, milli özünüdərk probleminin ləngiməsinə səbəb olmasından bəhs edən məqalələr toplanıb.
Kitabda yer alan “Dini xurafat və onun tarixinə qısa baxış”, “Xurafatla bidət arasında nə kimi fərq var?”, “Xurafatın mənfi cəhətləri və cəmiyyətə vurduğu zərərlər”, “Xurafat-dini radikalizmin səbəbi kimi”, “Dini xurafatla mübarizə yolları”, “Klassiklərin xurafata münasibəti” kimi məqalələrdə xurafatların İslamın təməl prinsiplərinə zidd olmaqla dini dəyərlərə ziyan vurması, xurafatla mübarizənin ən effektiv yolunun maarifləndirmə, təhsil olduğu xüsusilə vurğulanır.
Müəllifləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşları olan məqalələr toplusunun gənclərin milli-mənəvi, ənənəvi dini dəyərlərə sadiqlik ruhunda yetişməsinə, dini baxışlarının düzgün formalaşmasına töhfə olacağına ümidvarıq.

Son baxılan xəbərlər

Səyavuş Heydərov: "Din siyasiləşəndə çox təhlükəli silaha çevrilir"

Xəbərlər
01.10.2019 / 11:05
Ətraflı oxu

Yeni Azərbaycan Partiyasında “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub

Press-relizlər
11.10.2019 / 15:30
Ətraflı oxu

“Bahar Enerji Əməliyyat” şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər
17.04.2019 / 17:08
Ətraflı oxu

Lənkəranda "Sülh aylığı” çərçivəsində tədbir təşkil olunub

Press-relizlər
30.08.2019 / 11:42
Ətraflı oxu

Dini radikalizm cəmiyyət üçün təhlükədir

Press-relizlər
10.10.2019 / 15:52
Ətraflı oxu

Qəbələdə maarifləndirici tədbir keçirilib

Press-relizlər
30.10.2017 / 10:35
Ətraflı oxu