Sərdar Məhəmməd Yunis: Pakistan Azərbaycanla dini-mənəvi sahədə əməkdaşlığa hər zaman hazırdır

İSLAM HƏMRƏYLİYİ İLİ / 17.10.2017 / 16:09

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin dini işlər və dinlərarası harmoniya üzrə federal naziri Sərdar Məhəmməd Yunis ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bildirib, hər iki ölkənin bütün məsələlərdə daim bir-birini dəstəklədiklərini vurğulayıb.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosialyönümlü layihələr, xeyriyyə tədbirləri, ölkəmizdə tikilən və bərpa olunan məscidlər, dini abidələr haqqında məlumat verən səfir, İslam dinin mərhəmət, sülh, dostluq və əmin-amanlıq dini olduğunu, bunun dünya ictimaiyyətinə düzgün çatdırılması istiqamətində Azərbaycan tərəfindən də mütəmadi olaraq müxtəlif layihələrin həyata keçirildiyini bildirib.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu, Bakıda İslam Həmrəyliyi Oyunlarının, həmçinin ölkəmizdə eləcə də bir sıra xarici dövlətlərdə Azərbaycanın təşkilatçılığı ilə müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Sərdar Məhəmməd Yunis Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu bildirib, hər iki ölkənin bir-birinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dinlərarası əlaqələrin önəmini qeyd edən nazir İslam dininin məqsəd və məramlarının aşılanması istiqamətində işlərin aparılmasının zəruri olduğunu, Azərbaycanın həyata keçirdiyi layihələrin yüksək qiymətləndirdiyini, dini işlər sahəsində Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığa hər zaman hazır olduqlarını diqqətə çatdırıb.

Son baxılan xəbərlər

Qaradağda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.05.2019 / 09:54
Ətraflı oxu

Masallıda “Gənclərin radikal dini cərəyanlardan qorunması” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
11.02.2019 / 15:05
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edir

Press-relizlər
19.03.2018 / 12:22
Ətraflı oxu

Bərdədə “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
26.01.2018 / 16:04
Ətraflı oxu

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Xəbərlər
01.11.2018 / 15:15
Ətraflı oxu

Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusu müzakirə edilib

Xəbərlər
21.08.2019 / 14:47
Ətraflı oxu