Cəzaçəkmə müəssisələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 12.10.2017 / 14:44

Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə 14 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin baş məsləhətçisi Namiq Cırıyev, Komitənin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, ƏN Penitensiar Xidmətin Tərbiyə işinin təşkili İdarəsinin böyük inspektoru, ədliyyə kapitanı Ramin Osmanov və 14 saylı cəzaçəkmə müəssisənin rəsi müavini, ədliyyə polkovnik-leytenantı Natiq Hacıyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müəssisənin rəis müavini, ədliyyə polkovnik-leytnantı Natiq Hacıyev dini radikalizmlə bağlı məhkumların məlumatlandırılmasının əhəmiyyətinə toxunaraq bu istiqamətdə görülən tədbirlərin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev dini radikalizmin meydana gətirdiyi fəsadlar haqqında məhkumlara geniş məlumat verib. Bildirib ki, dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. Lakin hazırda ölkəmizdə dini maarifləndirmə işi ən yüksək səviyyədə aparılmaqdadır.
Tədbirin sonunda məhkumları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Qobuda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
12.02.2018 / 12:10
Ətraflı oxu

Zaqatala rayonunun Maqov kənd tam orta məktəbində “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda maarifləndirmə tədbiri olub

Press-relizlər
23.05.2018 / 15:06
Ətraflı oxu

“Azərbaycanda multikulturalizm: tarixilik və müasirlik” adlı kitab nəşr edilib

Kitablar
16.01.2019 / 15:57
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu

Balakən rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.06.2019 / 10:34
Ətraflı oxu

“Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
25.01.2017 / 09:20
Ətraflı oxu