“Şəhadət” sənədli filmi Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində nümayiş olunub

Press-relizlər / 11.10.2017 / 16:51

Oktyabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Zeynəb Tayıbova, Azərbaycan Dövlət Pedaqoji Kollecin Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva və kollecin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Kollecinin Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva bu cür filmlərin gənclərin maarifləndirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova öz çıxışında "Şəhadət" filminin əhəmiyyətindən bəhs edərək, filmin hazırlanmasında əsas məqsədin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı onları məlumatlandırmaq olduğunu diqqətə çatdırıb.
Tədbirdə milli-mənəvi dəyərlərimizin – ənənəvi İslam dəyərlərinin təbliğinin dini radikalizmə və xurafata qarşı mübarizədə önəmli vasitə olduğu vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
12.10.2018 / 15:54
Ətraflı oxu

Zərdabda “Dini radikalizm və onun təzahür formaları” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 10:44
Ətraflı oxu

Səngəçalda növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər
08.07.2017 / 10:01
Ətraflı oxu

Masallıda “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusu müzakirə olunub

Press-relizlər
27.04.2018 / 14:57
Ətraflı oxu

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

Xəbərlər
03.01.2019 / 11:00
Ətraflı oxu

Sabunçu rayonunda “Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir ...

Press-relizlər
09.02.2017 / 16:59
Ətraflı oxu