“Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” layihəsinin icrası davam edir

Press-relizlər / 07.10.2017 / 10:41

Oktyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələ rayonu Hacıalılı kənd tam orta məktəbində Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icmasının icra etdiyi “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” layihəsi çərçivəsində  “Nümunəvi dindarın xüsusiyyətləri” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin əməkdaşı Səfər Səfərli, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev və şöbənin əməkdaşı Zaman Şirinov, Hacıalılı kənd məscidi dini icmasının sədri Mehman Şəfiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Şöbə müdiri qeyd edib ki, bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə çatdırılması prosesinə  öz töhfəsini verəcək.
DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Səfər Səfərli Azərbaycanın nümunə olaraq dünyaya ixrac etdiyi İslam həmrəyliyinin əhəmiyyəti, bu istiqamətdə ölkəmizin təcrübəsi, hətta dünyada baş verən hadisələr, İslam dünyasındakı mövcud problemlərin əsas səbəbləri haqqında geniş çıxış edib. Həmçinin Səfər Səfərli ölkəmizin milli sərvəti kimi etnik və dini müxtəlifliyə verdiyi dəyəri auditoriyanın  diqqətinə çatdırıb.
Sonda çıxış edən Hacıalılı kənd məscidi dini icmasının sədri Mehman Şəfiyev vurğulayıb ki, Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində səyləri ilə də öz örnəyini təqdim edəcək.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
 
    


Son baxılan xəbərlər

“Narkomaniya-ümumbəşəri bəla” mövzusunda onlayn seminar keçirilib

Press-relizlər
05.05.2021 / 16:22
Ətraflı oxu

Bakıda “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
03.03.2017 / 12:39
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Falçılara və cadugərlərə qarşı qanun sərtləşdirilməlidir

Açıqlama
04.11.2015 / 18:04
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
08.11.2019 / 09:18
Ətraflı oxu

Ucarda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
25.04.2017 / 09:45
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Senat bu addımı ilə Fransanın özünə xələl gətirən hərəkətə yol ...

Press-relizlər
26.11.2020 / 17:44
Ətraflı oxu