İslam həmrəyliyi dövrün tələbidir

Press-relizlər / 04.10.2017 / 10:06

Oktyabrın 3-də Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icması tərəfindən Köyük kənd tam orta məktəbində “İslam həmrəyliyi dövrün tələbidir” adlı layihə çərçivəsində dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Namiq Cırıyev, Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) başçısıs Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, eləcə də məktəb müəllimləri, yuxarı sinif şagirdləri və icma üzvləri iştirak ediblər.
“Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev çıxışında bildirib ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Prezident cənab İlham Əliyevin müdrik, düşünülmüş və uzaqgörən addımıdır.
DQİDK-nın əməkdaşı Namiq Cırıyev bildirib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək. Bu, İslam dünyasındakı mövcud problemlərin, çətinliklərin, ayrı-ayrı müsəlman ölkələri arasındakı müəyyən qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə yönələn bir təşəbbüsdür.
Ağcabədi RİH başçısı Aparatının nümayəndəsi Təyyar Hacıyev  İslam həmrəyliyinin dövrün tələbi olduğunu və məzhəblər arasında dialoqun önəmini vurğulayıb. Ölkəmizin erməni terroruna məruz qaldığını bildirən T.Hacıyev bu məsələyə dünya dövlətlərinin biganə yanaşdığını qeyd edib.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov Azərbaycanda bütün dinlərə eyni münasibət göstərildiyini, İslamın sülh və əmin-amanlıq dini və müharibəyə qarşı olduğunu deyib. 
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.


Son baxılan xəbərlər

İslam həmrəyliyinin dini radikalizmə qarşı əhəmiyyəti müzakirə olunub

Press-relizlər
28.03.2017 / 17:34
Ətraflı oxu

Göygöl rayonunda regional müşavirə keçirilib

Press-relizlər
28.04.2017 / 18:01
Ətraflı oxu

Səyavuş Heydərov: “Radikal müxalifət və radikal dindarlar eyni mərkəzdən idarə olunurlar”

Müsahibələr
20.09.2016 / 11:47
Ətraflı oxu

Şamaxıda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
27.05.2019 / 11:58
Ətraflı oxu

Saatlıda dini maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
26.02.2018 / 12:47
Ətraflı oxu

Kürdəmirdə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb

Press-relizlər
10.12.2018 / 15:01
Ətraflı oxu