Cəmiyyətimizi dini radikalizmin təsirlərindən qoruyaq

Press-relizlər / 20.09.2017 / 16:46

Sentyabrın 20-də Şəki rayonu Kiçik Dəhnə kənd  kitabxanasında Şəki rayon Kiçik Dəhnə kənd məscidi dini icmasının “Cəmiyyətimizi dini radikalizmin təsirlərindən qoruyaq” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev,  DQİDK-nın Şəki böləsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov, dini icma üzvləri, kənd ağsaqqalları və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kiçik Dəhnə kənd məscidi dini icmasının sədri Əvəz Nəsrullayev layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və Proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev bildirib ki, İslam dininin saflığını təhlükə altında qoyan amillərdən biri də dini radikalizmdir. Vüqar Əliyev həmçinin, ənənəvi dindarlıqdan, qeyri-ənənəvi radikal dini cərəyanların zərələrindən də danışıb.
DQİDK-nın Şəki böləsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev çıxış edərək dövlət-din münasibətlərindən, dini maarifləndirmə sahəsində həyata keçirilən işlərdən, radikalizmə qarşı mübarizənin əhəmiyyətindən bəhs edib. 
Sonda çıxış edən  Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov qeyd edib ki, əgər  din öz məfkurəsindən, elmi izahından uzaqlaşarsa dində ifratçılıq yaranmış olar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Bizə müsəlman ölkələrindən ən çox dəstək gəlir"

Xəbərlər
22.07.2020 / 15:28
Ətraflı oxu

Zaqatalada “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbiri keçirilib

Press-relizlər
20.02.2018 / 17:59
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
06.03.2020 / 15:04
Ətraflı oxu

Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
11.05.2018 / 15:07
Ətraflı oxu

Hacıqabul rayonunda “Şəhadət”sənədli filmi nümayiş etdirilib

Press-relizlər
07.04.2018 / 12:13
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xəbərlər
10.02.2018 / 09:53
Ətraflı oxu