Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər / 14.09.2017 / 18:13

Sentyabrın 13-də Ağstafa şəhəri “İmam Əli” adına Cümə məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov, “İmam Əli” adına Cümə məscidi dini icmasının sədri Şahin İsmayılov və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Natiq dinə və dindarlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin  “İslam Həmrəliyi İli” elan edildiyini bildirərək, bununla əlaqədar bölgələrdə silsilə tədbirlərin təşkil olunduğunu qeyd edib. Natiq nəzərə çatdırıb ki, Azərbaycan Prezidentinin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi olduqca əhəmiyyətli və tarixi qərardır. Bu gün dünyada, xüsusilə İslam aləmində baş verən hadisələr həmrəyliyi zərurətə çevirib.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev və Ağstafa rayon Ağsaqqalar şurasının sədri Firdovsi Heydərli çıxışlarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maarifləndirmə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirərək belə tədbirlərin müntəzəm keçirilməsini müsbət addım kimi dəyərləndiriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
 
 

Son baxılan xəbərlər

Amerikalı ravvin Azərbaycandakı multikultural və tolerant mühitdən yazır

Multikulturalizm
18.01.2016 / 19:30
Ətraflı oxu

“Gənclərin radikal təsirlərdən və zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilib

Arxiv
19.05.2016 / 16:01
Ətraflı oxu

Mehman İsmayılov: “Mənəvi dəyərlərin qorunması xalqımızın gələcəyi üçün vacibdir"

Müsahibələr
26.01.2018 / 17:41
Ətraflı oxu

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
02.07.2018 / 14:49
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Komissiyanın yaradılması olduqca zəruri idi”

Müsahibələr
14.06.2017 / 11:20
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Press-relizlər
23.10.2018 / 17:45
Ətraflı oxu