Zaqatalada maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 11.09.2017 / 14:45

Sentyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Üçüncü Tala  kənd məscidi dini icmasının “Azərbaycanda İslam ənənələri” layihəsi çərçivəsində “Birlik, bərabərlik və həmrəylik kimi dəyərlərin İslam dinində yeri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, dini icmanın sədri Hudul Dadalov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri H.Dadalov çıxışında DQİDK-nın dəstəyi ilə icma tərəfindən həyata keçirilən bu layihənin əhəmiyyətini vurğulayıb, birlik və bərabərliyin əhəmiyyətindən danışıb. O, Azərbaycanda İslam ənənələrinin məhz birlik və bərabərliyə söykəndiyini qeyd edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı S.Tahirzadə vəhdəti əmr edən İslam dininin bütün dünyanı birlik və bərabərliyə, həmrəyliyə səslədiyini, bu gün dünyanın belə bir həmrəyliyə daha çox ehtiyacının olduğunu iştirakçıların nəzərinə çatdırıb. O, Azərbaycan xalqının həmrəyliyinin qorunub saxlanmasında keçmiş ənənələrimizin də böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev isə birlik və bərabərliklə bağlı Qurani-Kərim ayələrindən və hədislərdən sitatlar gətirib, həmçinin bu cür maarifləndirici tədbirlərin önəmindən bəhs edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.


Son baxılan xəbərlər

Səyavuş Heydərov: "Aşura mərasimləri milli adət-ənənələrimizə uyğun formada keçirilməlidir"

Press-relizlər
26.08.2019 / 16:00
Ətraflı oxu

“Jewish Journal”: “Müsəlman ölkəsində qəhrəman yəhudinin heykəli ucaldılıb”

Press-relizlər
19.11.2019 / 14:11
Ətraflı oxu

İlham Əliyevdən “İslam Maarifçiliyinin Azərbaycan modeli”nə dəyərli töhfə

Xəbərlər
15.10.2018 / 10:19
Ətraflı oxu

Şəkidə tədbir keçirilib

Press-relizlər
22.02.2019 / 16:11
Ətraflı oxu

Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə ...

Xəbərlər
17.12.2018 / 09:09
Ətraflı oxu

Səyyad Salahlı: “Dini radikalizmlə mübarizədə hər kəs, o cümlədən din xadimiləri fəal olmalıdır”

Press-relizlər
27.09.2019 / 12:00
Ətraflı oxu