17 saylı cəzaçəkmə müəssisəsində “Qurban bayramının fəlsəfəsi və ictimai əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 31.08.2017 / 15:20

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı Tədbirlər Planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti maarifləndirici tədbir avqustun 31-də Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində keçirilib. “Qurban bayramının fəlsəfəsi və ictimai əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə 17 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini (tərbiyə işləri üzrə) vəzifəsini müvəqqəti icra edən ədliyyə polkovnik-leytenantı Namiq Qocayev, Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin inspektoru ədliyyə mayoru Mübariz Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutunun aparıcı elmi işçisi Elsevər Səmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Namiq Qocayev qarşıdan gələn Qurban bayramı münasibətilə məhkumları təbrik edib, növbəti bayramları azadlıqda, doğmaları ilə birgə keçirmələrini arzulayıb.
Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin inspektoru ədliyyə mayoru Mübariz Vəliyev isə bütün cəzaçəkmə müəssisələrində Qurban bayramının ən yüksək şəkildə qeyd olunduğunu, heyvanların kəsildiyini və bayram süfrələrinin təşkil edildiyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev çıxış edərək İslam dininin iki mühüm bayramlarından biri olan müqəddəs Qurban bayramının əsrlərboyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət etdiyini dilə gətirib.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov isə çıxışında Qurban bayramının və ibadətinin dərin fəlsəfəyə malik olduğunu vurğulayıb, onun tarixi, mahiyyəti, maddi və mənəvi faydaları, sosial əhəmiyyəti  barədə məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Azərbaycanda səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti Bakıdakı ...

Press-relizlər
06.03.2019 / 17:51
Ətraflı oxu

Lerikdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib

Xəbərlər
07.08.2019 / 14:46
Ətraflı oxu

Dini radikalizm cəmiyyət üçün böyük təhlükədir

Press-relizlər
02.10.2017 / 11:47
Ətraflı oxu

Amil Cavadov: "Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb"

Müsahibələr
31.01.2019 / 12:44
Ətraflı oxu

Şamaxıda “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
22.10.2019 / 12:46
Ətraflı oxu

Şamaxıda gənclərlə görüş keçirilib

Press-relizlər
29.09.2016 / 16:42
Ətraflı oxu