2 və 9 saylı cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib

Press-relizlər / 18.08.2017 / 17:40

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması istiqamətində keçirilən seminar-treninqlər davam edir.
2 və 9 saylı cəzaçəkmə müəssisələrində keçirilən maarifləndirici tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşı Mübariz Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli iştirak ediblər.
Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşı Mübariz Vəliyev qonaqları salamlayaraq tədbirlərin mahiyyətini açıqlayıb və məhkumlara dini etiqadlarını həyata keçirmək üçün müəssisələrdə yaradılmış şərait barədə məlumat verib.
Tədbirlərdə məruzə ilə çıxış edən Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini iştirakçıların diqqətinə çatdırıb. İslam aləmində baş verənlərin fonunda bu addımın nə dərəcədə mühüm rol oynadığına, onun əhəmiyyətinə toxunan şöbə müdiri Azərbaycan təcrübəsinin dünyada öyrənilməsi prosesinin başlandığını söyləyib. Münaqişə ocaqlarının əsasən İslam aləmində olduğunu, İslamın adının terrorla eyniləşdirmə cəhdlərinin arxasında müəyyən maraqların dayandığını və bu dağıdıcı prosesin idarə edildiyini diqqətə çatdıran natiq bildirib ki, harada yaşamasından asılı olmayaraq cəmiyyətin bütün təbəqələri bu məsələyə biganə olmamalıdır.
Tədbirlərdə iştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli dini radikalizmin cəmiyyətin bütün təbəqələrini narahat etdiyini vurğulayıb. İlahiyyatçı bildirib ki, “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan təcrübəsinin örnək götürülməsi və öyrənilməsi ilə bağlı təşəbbüslər sevindiricidir. O bildirib ki, radikalizm Allahın bizə göndərdiyi Qurana və Peyğəmbərin həyat yoluna ziddir. Dinimiz təcavüz dini deyil, onu dini ixtilaflar vasitəsinə çevirmək ən böyük xəyanətdir.
Tədbirlərin sonunda çoxsaylı suallar cavablandırılıb və Dövlət Komitəsinin nəşrləri olan kitablar məhkumlara hədiyyə edilib.
Qonaqlar cəzaçəkmə müəssisəsində məhkumların dini ibadətləri üçün yaradılmış yüksək şəraitlə də tanış olublar.
Sonda camaat namazı qılınıb.
 
 


Son baxılan xəbərlər

Qubada şəhidlər anılıb

Press-relizlər
19.01.2018 / 16:59
Ətraflı oxu

Milli dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
24.12.2019 / 09:55
Ətraflı oxu

"İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabı

Kitablar
21.12.2015 / 17:14
Ətraflı oxu

Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
19.07.2019 / 16:40
Ətraflı oxu

Quba bölgəsinin dini icma sədrləri videogörüntü vasitəsilə bir araya gəliblər

Xəbərlər
18.09.2020 / 17:17
Ətraflı oxu

Saatlıda Uşaq hüquqları aylığı çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.11.2016 / 17:14
Ətraflı oxu