Azərbaycanda məzhəblər arasında vəhdət mövcuddur

Press-relizlər / 14.08.2017 / 14:57

Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Məzhəblərarası vəhdət” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar Məcidzadə, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Adnali kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asim Mahmudov,  kənd tam orta məktəbinin direktoru Səxavət Nəbiyev, dini icmanın sədri Ramil İsrayilov, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli mövzunun əhəmiyyətindən danışıb. Natiq İslamın sülh, əmin-amanlıq, birlik və bərabərlik dini olması, bu barədə məlumatlar müqəddəs dinimizin qayəsinin və mahiyyətinin məhz bundan ibarət olması tədbir iştirakçılarının nəzərinə çatdırıb. R. Rəhimli eyni zamanda, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsini İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Dövlət Komitəsinin əməkdaşı Anar Məcidzadə müsəlmanlar arasındakı birliyin günümüzün aktual mövzusu olduğunu bildirib. A.Məcidzadə deyib ki, Azərbaycanda bütün xalqlar, müxtəlif dinlərin nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayıblar və ölkəmizdə heç zaman dinlərarası və məzhəblərarası münaqişə baş verməyib. Natiq onu da qeyd edib ki, Heydər məscidində qılınan vəhdət namazı dünyaya Azərbaycan təcrübəsindən yararlanmağın vacibliyini nümayiş etdirir.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının nümayəndəsi İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev və başqaları çıxış edərək, dinə və milli-mənəvi dəyərlərimizin təbliği işinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçımıza təşəkkürlərini bildiriblər. Çıxışçılar bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriliblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 


Son baxılan xəbərlər

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin sərhədlərini aşan mesajdır

Press-relizlər
10.08.2017 / 17:59
Ətraflı oxu

“İslam dəyərlərinin xalqımızın milli-mənəvi dəyərlərindəki yeri” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.08.2017 / 16:49
Ətraflı oxu

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir

Press-relizlər
05.06.2018 / 18:00
Ətraflı oxu

Səyavuş Heydərov: Bəzi qüvvələr öz maraqlarını təmin etmək üçün dindən vasitə kimi istifadə edirlər

Xəbərlər
19.02.2021 / 15:02
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.12.2017 / 13:56
Ətraflı oxu

Cocuq Mərcanlıda maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
24.02.2018 / 13:16
Ətraflı oxu