“Milli kimliyin formalaşmasında dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 28.07.2017 / 16:00

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Güzdək qəsəbə “Rəsulullah” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi - dini radikalizmdən xilas yolu” layihəsi çərçivəsində “Milli kimliyin formalaşmasında dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov, “Rəsulullah” məscidi dini icmasının sədri Əfrasiyab Əliyev, icma sədrinin müavini Mirkazım Kazımlı, ağsaqqallar, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədrinin müavini, məscidin axundu Mirkazım Kazımlı layihə haqqında məlumat verdikdən sonra  bildirib ki, milli kimliyi formalaşdıran dəyərlərin içərisində din amili tarixin bütün mərhələlərində mühüm rol oynayıb. O qeyd edib ki, belə dəyərlərin təbliği və təşviqində dövlət başçısının göstərdiyi dəstək dindarlar, dini icmalar tərəfindən yüksək qiymətləndirilir.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov milli kimlik anlayışı haqqında geniş məlumat verib. Nəzərə çatdırıb ki, hər bir milləti digər millətlərdən fərqləndirən əsas cəhət  milli kimlik anlayışıdır. O, bəzi dini qrupların təbliğatlarının milli kimliyimizin, mədəniyyətimizin inkarı üzərində qurulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Orucov və digərləri mövzu ilə bağlı çıxış ediblər.
Sonda tədbir iştirkaçıları ilə qarşılıqlı müzakirələr aparılıb.


Son baxılan xəbərlər

Şəkidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
30.09.2019 / 09:34
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri: “Azərbaycanda din siyasi faktora çevrilə bilməz”

Müsahibələr
18.07.2017 / 15:08
Ətraflı oxu

Dövlət Komitəsi: İraqda qalan digər azərbaycanlı uşaqlarla bağlı müəyyən informasiyalar var

Açıqlama
17.10.2017 / 12:25
Ətraflı oxu

“Religious Tourism Destinations in Azerbaijan” adlı kitab işıq üzü görüb

Kitablar
20.11.2019 / 11:40
Ətraflı oxu

Qaxda “Dini radikalizmlə mübarizə” mövzusunda tədbir baş tutub

Press-relizlər
18.04.2019 / 10:38
Ətraflı oxu

Vətəndaş sülhü və milli birliyin yaradıcısı

Xəbərlər
06.05.2020 / 10:11
Ətraflı oxu