Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Press-relizlər / 19.07.2017 / 18:35

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 19-da Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serxan Aktorpak ilə görüşüb.
Görüş zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycandakı dini vəziyyət, dövlət-din münasibətləri, Dövlət Komitəsinin fəaliyyəti, konfessiyalararası münasibətlərin vəziyyəti barədə məlumat verib.
Azərbaycanda dini radikalizmə qarşı mübarizə barədə danışan Komitə sədri ölkəmizdə radikal meyillərin yayılmasının qarşısının alınması istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Təşkilat haqqında informasiya verən Serxan Aktorpak BMqT-nin Bakı ofisi yarandıqdan sonra Azərbaycanda müxtəlif sahələrdə layihələrin uğurla icra olunduğunu bildirib. Ölkəmizdə radikalizmə qarşı mübarizə haqqında məlumatlı olduğunu deyən təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri bu sahədə gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib.
Görüşdə Dövlət Komitəsi ilə birgə layihələrin həyata keçirilməsi, dini icmaların məşğulluğunun artırılması, maddi-texniki vəziyyətinin yaxşılaşdırılması  və digər maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. 


Son baxılan xəbərlər

2 və 9 saylı cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
18.08.2017 / 17:40
Ətraflı oxu

“Dini etiqad azadlığı – multikulturalizm və tolerantlıq” mövzusunda dəyirmi masa təşkil olunub

Press-relizlər
06.06.2017 / 16:59
Ətraflı oxu

"Şəhadət" filmi Zaqatalada nümayiş etdirilib

Press-relizlər
24.11.2017 / 13:54
Ətraflı oxu

Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə ...

Xəbərlər
17.12.2018 / 09:09
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
30.01.2019 / 17:45
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
26.12.2019 / 11:42
Ətraflı oxu