Komitə sədrindən XƏBƏRDARLIQ: Radikal qruplar məscidlərdən uzaqlaşdırılacaq

Açıqlama / 24.10.2014 / 12:30

“Radikal qruplar bəzi yerlərdə məscidlərə müdaxilə edir, orada ayinlər həyata keçirməyə çalışırlar”. Bunu Lent.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, DQİDK bu məsələni izahat aparmaq yolu ilə həll etmək istəyir. “Qafqaz Müsəlmanları İdarəsi hər hansı bir məscidə axund, imam təyin etməyibsə, həmin məscidlərin fəaliyyəti qeyri-qanuni hesab edilir. Qanunsuz fəaliyyət göstərən bu cür məscidlər çox az sayda qalıb”
Komitə sədri onu da vurğulayıb ki, DQİDK radikal qrupları həmin məscidlərdən uzaqlaşdırmaqla, icmaların ixtiyarına vermək istiqamətində iş aparır:
“Hər hansı radikal qrup özbaşına məscidi zəbt edib, orada ayin yerinə yetirə bilməz. “Ayinlər üçün azadlıqdır, amma məscidlər idarəçilik baxımından birbaşa Qafqaz Müsəlmanları İdarəsinə tabe olmalıdır”.-deyə, M. Qurbanlı əlavə edib.     

Son baxılan xəbərlər

Lənkəranda “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.10.2019 / 15:56
Ətraflı oxu

“Həmrəylik-dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.12.2017 / 10:19
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Press-relizlər
22.01.2019 / 14:24
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyanda tədbir keçirilib

Press-relizlər
07.06.2016 / 09:43
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
08.07.2019 / 13:07
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Xəbərlər
21.04.2020 / 12:42
Ətraflı oxu