Səngəçalda növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər / 08.07.2017 / 10:01

İyulun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qaradağ rayonu "Səngəçal qəsəbə məscidi” dini icması tərəfindən “İslam - barışıq və həmrəylik dinidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Səngəçal qəsəbəsi, Əzimkənd ibadət evində keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, yerli hüquq-mühafizə orqanlarının nümayəndələri, Səngəçal qəsəbə məscidi dini icmasının sədri Şirinbala Zərbəliyev, məscidin imamı Qafur Zahidov, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Səngəçal qəsəbə məscidinin imamı Qafur Zahidov maarifləndirmə işinin Səngəçal qəsəbəsində müsbət nəticələr verdiyini bildirdi. Bununla yanaşı, Q.Zahidov Füzuli Rayonunun Alıxanlı kəndində Ermənistan tərəfindən törədilən, biri azyaşlı olmaqla iki mülki vətəndaşımızın qətlə yetirilməsi ilə nəticələnən təxribata qarşı Səngəçal qəsəbəsində yaşayan bütün dindarların kəskin etiraz etdiyini dinləyicilərin diqqətinə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslam dininin birlik və barışığa münasibəti haqqında geniş məruzə ilə çıxış edib. Bildirilib ki, İslam Həmrəyliyinin praktik müstəvidə mövcud olduğu nadir ölkələrdən biri Azərbaycan dövlət-din münasibətləri modeli baxımından da nümunə ortaya qoymaqdadır.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.  


    

Son baxılan xəbərlər

Zərdabda “Dini radikalizm və onun təzahür formaları” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 10:44
Ətraflı oxu

Masallıda “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusu müzakirə olunub

Press-relizlər
27.04.2018 / 14:57
Ətraflı oxu

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

Xəbərlər
03.01.2019 / 11:00
Ətraflı oxu

Sabunçu rayonunda “Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir ...

Press-relizlər
09.02.2017 / 16:59
Ətraflı oxu

Qeydiyyatdan keçən dini icmalara şəhadətnamələr verilib

Xəbərlər
29.11.2018 / 16:20
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu Qubada regional seminar təşkil edib

Press-relizlər
06.11.2018 / 15:12
Ətraflı oxu