Dövlət Komitəsinin sədri Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədrini qəbul edib.

Press-relizlər / 28.10.2014 / 14:34

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədri Rav Şmuel Simantovu qəbul edib.
Görüş zamanı Mübariz Qurbanlı bildirib ki, Azərbaycan vətəndaşı "Dini etiqad azadlığı haqqında" qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir. Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir.
Rav Şmuel Simantov Azərbaycanda yəhudi xalqına göstərilən diqqətdən, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirdi. Qonaq qeyd edib ki, Azərbaycanda yəhudilərəqarşı daima xoş münasibət olub və biz yəhudi icması olaraq hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda Rav Şmuel Simantov qəbula görə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkür edib.    

Son baxılan xəbərlər

“Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.02.2018 / 11:03
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb

Xəbərlər
16.10.2019 / 16:13
Ətraflı oxu

Elşad İskəndərov: “Milli kimliyimizi formalaşdıran, onun ayrılmaz hissəsi olan milli-mənəvi dəyərlərimizin tədqiqatı böyük əhəmiyyət ...

Press-relizlər
18.10.2013 / 17:34
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Göygöldə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ...

Xəbərlər
22.11.2018 / 17:50
Ətraflı oxu

Xızıda “Narkomaniya əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.07.2019 / 14:41
Ətraflı oxu