Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Xəbərlər / 21.06.2017 / 18:00

Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrindəki münasibətlərin ən yüksək səviyyədə tənzimlənməsi üçün mükəmməl idarəçilik sisteminin qurulması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın XX əsrin əvvəllərində yenidən müstəqilliyini bərpa etməsindən sonra xalqımızın milli-mənəvi dəyərlərinə yenidən qayıdışı, unudulmaqda olan milli-mənəvi dəyərlərin yenidən dirçəldilməsi də məhz Ulu Öndərin yorulmaz fəaliyyətinin nəticəsi olmuşdur. Hələ sovetlər dönəmində milli-mənəvi, o cümlədən dini dəyərlərimizin qorunmasını müxtəlif mexanizmlərlə gerçəkləşdirən Ümummilli Lider Heydər Əliyevin müstəqillik dönəmində bu istiqamətdə yürütdüyü siyasət daha genişspektrli xarakterə malik olmuşdur. Ulu Öndər milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə yanaşı, bu dəyərlərin ayrılmaz tərkib hissəsi olan tolerantlıq və humanizm ənənələrinin davam etdirilməsinə xüsusi diqqət yetirmişdir.
Məhz müstəqil Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması məqsədi ilə Ümummilli Lider Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Yarandığı dövrdən bəri Komitənin qarşısında böyük vəzifələr qoyulmuşdur. Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, dini qurumlara lazımi yardımın göstərilməsi, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması üçün Dövlət Komitəsinin fəaliyyəti ildən-ilə gücləndirilmişdir.
Bu sahədə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan strateji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün Azərbaycanda müxtəlif dini konfessiyaların fəaliyyəti üçün yüksək səviyyədə şəraitin yaradılması, dini məbədlərin – məscidlərin, kilsələrin, sinaqoqların dövlət vəsaiti hesabına tikilərək dindarların istifadəsinə verilməsi, dini maarifçilik işinin gücləndirilməsi məqsədi ilə dini icmalara maliyyə vəsaitlərinin ayrılması, Azərbaycanın tolerantlıq modelinin dünyaya təbliği məhz cənab Prezidentin bu sahəyə münasibətinin göstəricisidir. Bu mənada, Dövlət Komitəsi də diqqətdən kənarda qalmamış, son illərdə Dövlət Komitəsinin səlahiyyətləri artırılmış, bir çox istiqamətlərdə yeni səlahiyyətlər verilmişdir.
Artıq 16 ildir ki, fəaliyyət göstərən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu gün bu diqqət və qayğıdan bəhrələnərək işini günün tələbləri səviyyəsində qurmaqla, ölkəmizdə dini konfessiyalar arası münasibətləri ən yüksək səviyyədə tənzimləməkdədir. Dövlət Komitəsi bu gün nəinki bu sahədəki münasibətləri tənzimləyir, həmçinin, dini icmaların fəaliyyətinin yüksək səviyyədə təşkilinə çalışır.
Bu gün Dövlət Komitəsi təkcə ölkəmizdə deyil, ölkəmizdən kənarda da tolerantlıq və humanizm ənənələrinin təbliği üçün müxtəlif konfrans və simpoziumlar təşkil edir. Son dövrlər Dövlət Komitəsinin bu sahədəki fəaliyyəti daha da güclənmiş, milli-mənəvi dəyərlərin təbliği, qeyri-ənənəvi dini cərəyanlara və radikal qruplara qarşı ideoloji səddin yaradılması prioritetə çevrilmişdir.
Nəticə olaraq deyə bilərik ki, bu gün bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də ölkəmizdə formalaşdırılmış model özünəməxsusluğu ilə seçilir və bu mexanizm ən mükəmməl formada fəaliyyət göstərməkdədir. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə bütün dini konfessiyaların nümayəndələri birlik, bərabərlik, qardaşlıq şəraitində yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə ifadə etsək: “Bugünkü Azərbaycanı dini dözümlülük, tolerantlıq mühiti səciyyələndirir”. 

Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı keçirilib

Könüllü fəaliyyət
24.05.2019 / 17:07
Ətraflı oxu

Bölgələrdə maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
30.05.2019 / 15:00
Ətraflı oxu

Samuxda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusu müzakirə edilib

Press-relizlər
23.05.2019 / 15:45
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.05.2019 / 16:18
Ətraflı oxu

İslam dünyası müasir beynəlxalq münasibətlərdə

Multikulturalizm
14.10.2016 / 09:46
Ətraflı oxu

Göyçayda “Ulu Öndər Heydər Əliyevin anım günü” münasibətilə tədbir keçirilib

Press-relizlər
11.12.2018 / 09:32
Ətraflı oxu