“Dini etiqad azadlığı – multikulturalizm və tolerantlıq” mövzusunda dəyirmi masa təşkil olunub

Press-relizlər / 06.06.2017 / 16:59

İyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunması” aylığı çərçivəsində Bakı şəhəri Nizami rayonu 250 saylı tam orta məktəbdə “Dini etiqad azadlığı – multikulturalizm və tolerantlıq” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Fidan Aslanova, Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, məktəbin direktoru Nazim Adıgözəlov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nizami RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı B.Hüseynov bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”na əsasən respublikamızda etnik, dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlar üçün bərabər imkan və şərait yaradılıb, insan hüquqlarının və azadlıqlarının təmini sahəsində mühüm işlər həyata keçirilib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı F.Aslanova Azərbaycandakı tolerantlığın, multikultural dəyərlərin, müxtəlif dini konfessiyaların nümayəndələrinin sərbəst və qarşılıqlı anlaşma şəraitində yaşamasını dünya ölkələri içərisində nümunəvi hal olduğunu ifadə edən geniş məruzəylə çıxış edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı A.Məlikov həqiqi İslamdan uzaq, radikal fikirli insanların cəmiyyətdə mövcud olan sabitliyə və birgəyaşayış ənənəsinə çox böyük təhlükə mənbəyi olduğunu vurğulayıb. O, İslam həmrəyliyinə qarşı olan radikal-ekstremist qüvvələrlə qanunvericilik çərçivəsində aparılan mübarizənin önəmindən danışıb.
Məktəbin direktoru N.Adıgözəlov və müəllimlər öz çıxışları zamanı təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması məqsədilə belə maarifləndirmə tədbirlərinin təşkilinin xüsusən əhəmiyyətli olduğunu vurğulayıblar.
Diskussiya şəklində davam edən dəyirmi masada şagirdlərin sualları cavablandırılıb, bir sıra zəruri məsələlər ətrafında müzakirələr aparılıb.


Son baxılan xəbərlər

“Sülh aylığı” çərçivəsində tədbirlər davam etdirilir

Press-relizlər
20.09.2017 / 16:10
Ətraflı oxu

Mübariz Qurbanlı: “İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq”

Açıqlama
26.11.2015 / 18:00
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
16.02.2018 / 16:15
Ətraflı oxu

Səyyad Salahlı: “Din xadimləri üzərlərinə düşən borcu layiqincə yerinə yetirməli, onlara həvalə edilən missiyanı ...

Press-relizlər
30.08.2019 / 14:09
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağcabədidə vətəndaşları qəbul edəcək

Press-relizlər
19.04.2019 / 10:47
Ətraflı oxu