Şəkidə dini radikalizm və onun fəsadlarına həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 31.05.2017 / 14:37

Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin birgə Tədbirlər Planına uyğun olaraq Şəki Penitensiar Müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, müəssisənin rəis müavini, ədliyyə mayoru Rəmzi Qafarov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müəssisənin rəis müavini, ədliyyə mayoru Rəmzi Qafarov dini radikalizmin zərərləri barədə məhkumların məlumatlandırılmasının əhəmiyyətinə toxunaraq bu istiqamətdə görülən tədbirlərin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dini radikalizmin meydana gətirdiyi fəsadlar haqqında məhkumlara geniş məlumat verib. Bildirilib ki, dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. Natiq qeyd edib ki, hazırda ölkəmizdə dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər dini radikalizmlə mübarizədə mühüm rol oynayır.
Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.  


Son baxılan xəbərlər

Xəzər rayonunda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
17.09.2018 / 10:20
Ətraflı oxu

DQİDK-nın hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi reydlər davam edir

Press-relizlər
10.12.2016 / 13:14
Ətraflı oxu

Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsi prosesinə böyük töhfələr verib

Press-relizlər
08.11.2017 / 09:48
Ətraflı oxu

Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır

Multikulturalizm
10.11.2016 / 15:14
Ətraflı oxu

Şamaxıda gənclərlə görüş keçirilib

Press-relizlər
29.09.2016 / 16:42
Ətraflı oxu

Səyyad Salahlı: “Sosial şəbəkələrdən aktiv istifadə dini radikalizmlə mübarizədə effektiv və müasir yoldur”

Press-relizlər
25.10.2019 / 12:24
Ətraflı oxu