Ağcabədidə radikal dini təriqətlərə qarşı mübarizə mövzusunda maarifləndirici tədbirlər keçirilib

Press-relizlər / 30.05.2017 / 17:28

Mayın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi, Ağcabədi Rayon İcra Hakimiyyəti, rayon prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsi və  Rayon Polis Şöbəsinin 2017-ci il üçün birgə razılaşdırılmış Tədbirlər Planına  əsasən Ağcabədi rayon Mədəniyyət evində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Vəhhabilik və digər radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda tədbirlər keçirilib.
Tədbirlərdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik Natiq Zamanov, Ağcabədi rayon Təhsil şöbəsinin müdiri Solmaz Rəhimova, Ağcabədi rayon “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, şəhər məktəblərinin direktorları pedaqoji kollektivlərin nümayəndələri və şagirdlər iştirak ediblər.
Çıxış edənlər İslam dininin əsl dəyərini və fəlsəfəsini izah edib, qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat veriblər. Bildirilib ki, neqativ halların qarşısının alınması istiqamətində bu cür tədbirlərin keçirilməsi əhəmiyyətlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Hacıqabulda “İslamda həmrəyliyin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.10.2017 / 10:29
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru: İslam dini fitnə və fəsad törətməyi ən böyük ...

Açıqlama
12.07.2018 / 09:44
Ətraflı oxu

Masallıda “Zərərli vərdişlərə qarşı mübarizədə din xadimlərinin rolu” müzakirə edilib

Press-relizlər
02.03.2018 / 15:12
Ətraflı oxu

Prezident İlham Əliyev: “2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi sülhə çağırışdır”

İSLAM HƏMRƏYLİYİ İLİ
25.09.2017 / 15:52
Ətraflı oxu

"Bidət- həqiqət və ifrat" kitabı

Kitablar
04.03.2015 / 12:42
Ətraflı oxu

Zərdabda “Vətənpərvərliyin formalaşmasında milli-mənəvi dəyərlərimizin rolu” adlı maarifləndirici tədbir keçirilib

Press-relizlər
02.02.2018 / 15:37
Ətraflı oxu