Qusarda “Narkomaniya və dini radikalizmin sosial təhlükəsi və doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 23.05.2017 / 09:37

Mayın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Qusar Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Qusar rayonu Çiləgir kənd tam orta məktəbində “Narkomaniya və dini radikalizmin sosial təhlükəsi və doğurduğu fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Qusar Rayon Polis Şöbəsinin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Elşən Cahangirov və şöbənin digər əməkdaşları, eləcə də təhsil işçiləri, valideynlər və gənclər iştirak ediblər. 
Tədbirdə çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi İslam dinində narkomaniya kimi insanın sağlamlığına ziyan olan pis vərdişlər qadağan edilib. Daha sonra dini radikalizm və onun fəsadlarından söz açan şöbə müdiri dövlət-din münasibətlərindən danışaraq ölkəmizdə dini tolerantlıq mühitinin qorunduğunu bildirib. Bir çox qeyri-ənənəvi dini cərəyan və təriqətlərin gəncləri öz cərgələrinə cəlb etdiklərini, ölkədəki dini tolerant mühitə təhlükə yaratdıqlarını diqqətə çatdıran Eynulla Nurullayev gəncləri bu cür qeyri-ənənəvi təriqətlərdən uzaq durmağa çağırıb.
Qusar Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elşən Cahangirov çıxışında narkomaniyaya aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqlarını, onların öz yaxınları tərəfindən də qəbul edilmədiklərini yeniyetmə və gənclərin diqqətinə çatdırıb. O qeyd edib ki, gənc və orta nəsil narkomaniya və bu kimi digər pis vərdişlərdən uzaq durmaqla özündən sonrakı nəslə sağlam yol açmış olur. Dini radikalizmin fəsadlarından danışan Elşən Cahangirov, radikal dini qrupların fəaliyyətinin qarşısının alınması üçün profilaktik tədbirlərin əhəmiyyətini vurğulayıb.
Qusar Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş leytenantı Taleh Şahverdiyev çıxışında gənc nəslin elm və biliklə məşğul olaraq daha savadlı olmalarını tövsiyə edib. O vurğulayıb ki, gənclərimiz narkomaniya və dini radikalizm kimi sonu olmayan yollardan uzaq durmalıdır.
Daha sonra çıxış edən natiqlər narkomaniya və dini radikalizmin cəmiyyətə və ailələrə vurduğu zərbələrdən söz açaraq ölkəmizdə mövcud olan sabitlik və əmin-amanlığın inkişafa verdiyi töhfələrdən danışıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

 


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Xəbərlər
30.07.2020 / 16:19
Ətraflı oxu

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

Multikulturalizm dövlət siyasətidir

Xəbərlər
21.07.2020 / 17:04
Ətraflı oxu

Özbəkistan portalında Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edilib

Multikulturalizm
25.11.2016 / 15:52
Ətraflı oxu

“Mədəniyyətlərarası və dinlərarası dialoqda dini kimliyin rolu: Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans

Xəbərlər
29.06.2020 / 17:01
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
03.05.2018 / 18:00
Ətraflı oxu